Qadınlar arasında güləşin perspektivləri və problemləri barədə fikir mübadiləsi aparılıb
İdman

Qadınlar arasında güləşin perspektivləri və problemləri barədə fikir mübadiləsi aparılıb

ABŞ-ın Azərbaycandakı səfirliyinin təşəbbüsü ilə ölkəmizdə səfərdə olan qadın güləşi üzrə mütəxəssislərin iştirakı ilə mətbuat konfransı keçirilib. Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında keçirilən tədbirdə Azərbaycan Güləş Federasiyasının baş katibi Nəsimi Musayev, MOK-un İdman İdarəsinin müdiri Həsənağa Rzayev, ABŞ səfirliyinin mətbuat məsələləri üzrə müşaviri Vanessa Zenci, "Qız kimi güləş" təşkilatının nümayəndəsi Tela Baçer, ABŞ Arkanzas güləş təşkilatının sədri Kristi Man iştirak ediblər.

Bildirib ki, ABŞ Dövlət Departamenti tərəfindən həyata keçirilən layihə idman vasitəsilə iki ölkə arasında əlaqələrə müsbət təsir göstərəcək.

Əcnəbilər səfərin əhəmiyyətindən, idman mübadiləsi proqramının vacibliyindən söz açıblar. Onlar bildirib ki, qarşılıqlı əməkdaşlıq faydalı olacaq. Onlar regionlarımıza etdikləri səfərdən söz açaraq ölkəmizə heyran qaldıqlarını açıqlayıblar.

Görüşdə qadın güləşinin perspektivləri və problemləri barədə də fikir mübadiləsi aparılıb. Xarici nümayəndələr etiraf edib ki, hazırda güləş daha çox kişilər arasında məşhurdur. Lakin bütün ölkələr çalışmalıdır ki, bu idman növündə də qızlar iştirak etsinlər. Ailələr də anlamalıdır ki, hər bir sahədə olduğu kimi, qadınlar burada da olmalı və öz hünərlərini nümayiş etdirməlidirlər. Onların sözlərinə görə, digər ölkələrdən fərqli olaraq, Azərbaycanda idman zallarında qadınları daha çox görmək olur. Bu isə olduqca sevindirici haldır.

Töhfə SƏMƏDOVA,

"Respublika".