YAP Yasamal rayon təşkilatında elmi-praktiki seminar
Sosial həyat

YAP Yasamal rayon təşkilatında elmi-praktiki seminar

Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatı, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Milli Elmlər Akademiyası Azad Həmkarlar İttifaqının birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101 illiyinə, Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən "Yaşıl dünya naminə həmrəylik ili"nə və "28 May - Müstəqillik Günü"nə həsr edilmiş "Ümummilli Lider Heydər Əliyev irsi: gənclərin vətənpərvərlik ruhunun formalaşdırılmasında rolu" elmi-praktiki seminar keçirilib.

Elmi-praktiki seminarda YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Milli Məclisin deputatı Elnur Allahverdiyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Çağırışaqədərki Hazırlıq İdarəsinin rəisi, polkovnik-leytenant Füzuli İsmayılov, Azərbaycan Milli Elmlər Akademiyası Azad Həmkarlar İttifaqının sədri Sənan Həsənov, 44 günlük Vətən müharibəsi iştirakçıları, Vətən Müharibəsi Qəhrəmanı, polkovnik-leytenant Anar Mirzəyev, Vətən Müharibəsi Qəhrəmanı, baş leytenant Qəzənfər Ağayev, ehtiyatda olan baş leytenant Radif Mustafayev, YAP Yasamal rayon təşkilatının əməkdaşları, rayon üzrə Partiyanın üzvləri və ali təhsil müəssisələrinin tələbələri iştirak edib.

Elmi-praktik seminarda YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev qeyd edib ki, cəmiyyətimizin indiki durumunda qarşıda duran mühüm vəzifələrdən biri gənc nəsli milli ruhda, vətənpərvərlik ruhunda tərbiyə etməkdən ibarətdir. Gənclik cəmiyyətin mühüm hissələrindəndir, dövlətçilik üçün gərəkli olan bütün proseslərin aparıcı qüvvəsidir. Ölkəmizdə dövlət gənclər siyasətinin banisi, Ümummilli Lider Heydər Əliyev ölkə gənclərinin milli ruhda tərbiyəsinə həsr olunmuş, bu gün də dəyərini saxlayan zəngin tövsiyələri ensklopedik zəkanın məhsulu kimi çox qiymətlidir. Azərbaycan Respublikası Prezidentinin 26 iyul 1994-cü il tarixli Fərmanı ilə Gənclər və İdman Nazirliyinin yaradılması dövlət siyasətində gənclərin daha fəal iştirakının təmin edilməsində hüquqi sənəd oldu və bu qurum dövlət siyasətinin aparıcı qüvvəsinə çevrildi. Bu gün Prezident cənab İlham Əliyev bu siyasəti uğurla davam etdirir. Bunun nəticəsidir ki, çağdaş Azərbaycan gəncləri cəmiyyətin bütün sahələrində nəinki fəallığıyla fərqlənir, həm də dövlət üçün, dövlətçilik üçün gərəkli təşəbbüslərin gerçəkləşməsində yaxından iştirak edirlər. Azərbaycan Respublikasının birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın hər bir gəncə, gənc ailəyə xüsusi diqqət və qayğısı isə danılmazdır. Qeyd edək ki, bu gün dövlət gənclər siyasətinin mühüm bir istiqamətə çevrilməsi Prezident cənab İlham Əliyevin siyasi iradəsinin nəticəsidir.

Elmi-praktiki seminarda Milli Məclisin deputatları Elnur Allahverdiyev və Soltan Məmmədovun ideya müəllifləri və məsləhətçiləri olduqları "Heydər Əliyev. 100 faktın tarixi" adlı kitablar tədbir iştirakçılarına təqdim olunub.

Çıxışlardan sonra Yeni Azərbaycan Partiyası sıralarına yeni qoşulanlara üzvlük vəsiqəsi, Partiyanın ictimai-siyasi həyatında aktiv fəaliyyət göstərənlərə fəxri fərmanlar, YAP Yasamal rayon təşkilatında könüllülük fəaliyyətini müvəffəqiyyətlə başa vuran fəal gənclərə isə sertifikatlar təqdim olunub.

Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.

Sonda xatirə şəkli çəkdirilib.

“Respublika”.