Dəhşətli qətlin detayları açıqlanıb
Digər xəbərlər

Dəhşətli qətlin detayları açıqlanıb

Ötən günlərdə məşhur türkiyəli jurnalist Mustafa Kasadar oğlundan xəbər ala bilmədiyi üçün polisə müraciət edib. 

"Respublika" xəbər verir ki, müəmmalı formada itən Məhəmməd Nuh Kasadarı axtaran ailəsi çox keçmədən qəribə bir mesaj alıb. 

Sosial şəbəkə üzərindən ailəyə belə bir mesaj gəlib: "Oğlunuzu mən qaçırmışam. Qurtarmaq istəyirsinizsə, 40 min dollar verməlisiniz". 

Məsələni dərhal polisə bildirən ailə çox keçmədən cinayətkarla 70 min türk lirəsində razılığa gəlib. Polis ailə adından cinayətkarla danışaraq, pulu Məhəmməd Nuh Kasadarın böyük qardaşının Sultanqazidəki parka qoymasına razılıq verib. Pulu götürmək üçün təyin olunan yerə gələn cinayətkar dərhal polis tərəfindən zərərsizləşdirilib. 

Cinayətkarın 28 yaşlı Hakan Öztürk olduğu və 3 il əvvəl Kasadar ailəsinə məxsus şirkətdə işlədiyi məlum olub. Hakan Öztürk dindirilmə zamanı Məhəmməd Nuh Kasadarı öldürdüyünü etiraf edib.

Əvəllər də qumar və "qəsdən adam yaralamaq"dan həbsə atılan cinayətkarın ifadəsi qan dondurub:"Keçən bazar ertəsi Məhəmmədlə görüşdük və nahar etdik. Sonra Bayrampaşadakı evimə getdik. İşlədiyim müddətdə atasının mənə olan borcundan danışdım. Bir az ağır ifadə işlətdikdə dava düşdü. Mübarizə zamanı kəndiri boynuna taxıb, boğmağa başladım. Hamama apardım və cəsədi bıçaqla tikə-tikə doğradım. Meyitin iyi gəlməməsi üçün parçaları torbalara yığıb, donduruculara qoydum. Düşündüm ki, qaçmalıyam, amma pulum yox idi. Ailəyə mesaj göndərərək pul istədim”. 

Qeyd edək ki, hazırda cinayət işi davam edir.

Töhfə SƏMƏDOVA,

"Respublika".