Ombudsman Səbinə Əliyeva və Aparatın kollektivi Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
Digər xəbərlər

Ombudsman Səbinə Əliyeva və Aparatın kollektivi Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva və Ombudsman Aparatının kollektivi xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anım günündə Ulu Öndərin məzarını ziyarət edib.

Ümummilli Liderin məzarı önünə gül dəstələri qoyulub, xatirəsi dərin ehtiramla yad olunub.

Sonra görkəmli oftalmoloq-alim, akademik  Zərifə Əliyevanın məzarı önünə tər güllər düzülüb, əziz xatirəsi ehtiramla anılıb.

Mətbuat xidməti.