Daha iki qazinin əməliyyat xərcləri “YAŞAT
Sosial həyat

Daha iki qazinin əməliyyat xərcləri “YAŞAT" Fondu tərəfindən qarşılanıb

"YAŞAT" Fondu müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi istiqaməti üzrə işləri davam etdirir.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, müharibə əlili Elnur Səmədovun və Səbuhi Eyvazovun əməliyyat xərcləri "YAŞAT" Fondu tərəfindən qarşılanıb.

Qazilərimizin bundan öncə də müalicələrinə dəstək göstərilib və məişət şəraitləri yaxşılaşdırılıb.

Görülən işlərlə bağlı ətraflı məlumatı yashat.gov.az rəsmi internet saytının "Hesabatlar" (https://yashat.gov.az/report/tableau) bölməsindən əldə edə bilərsiniz.