BDU Türkiyənin Balıkesir Universiteti ilə “Erasmus” mübadilə protokolu imzalayıb
Elm və təhsil

BDU Türkiyənin Balıkesir Universiteti ilə “Erasmus” mübadilə protokolu imzalayıb

Bakı Dövlət Universiteti (BDU) ilə Türkiyənin Balıkesir Universiteti arasında “Erasmus” mübadilə protokolu imzalanıb.

"Respublika" xəbər verir ki, bu barədə BDU-dan bildirilib.

Protokolu BDU-nun Beynəlxalq əlaqələr şöbəsinin müdiri Rauf Həsənov və Türkiyənin Balıkesir Universitetinin “Erasmus” proqramı üzrə koordinatoru Seda Şahin imzalayıb. Protokol çərçivəsində tələbələrin, tədqiqatçıların və akademik heyətin mübadiləsi nəzərdə tutulur.

Əsası 1992-ci ildə qoyulmuş Balikesir Universiteti Türkiyənin nüfuzlu universitetlərindən biridir. İyirmi dörd min tələbənin təhsil aldığı Balikesir Universitetində 14 fakültə, 4 institut fəaliyyət göstərir.