“Seysmologiya və mühəndis seysmologiyası” mövzusunda konfrans
Elm və təhsil

“Seysmologiya və mühəndis seysmologiyası” mövzusunda konfrans

AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli “Seysmologiya və mühəndis seysmologiyası” mövzusunda VII beynəlxalq konfrans çərçivəsində ölkəmizdə səfərdə olan Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurasının (TÜBİTAK) rəhbəri, professor Hasan Mandalla görüşüb.

AMEA Rəyasət Heyətində keçirilən görüşdə Azərbaycan və Türkiyə arasında əsrlərə dayanan dostluq-qardaşlıq əlaqələrindən söz açan akademik İsa Həbibbəyli son illərdə ölkələrimizin münasibətlərinin dövlət başçılarımız sayəsində strateji müttəfiqlik səviyyəsinə yüksəldiyini bildirib. Çıxışında akademik İsa Həbibbəyli Rəcəb Tayyib Ərdoğanın yenidən prezident seçilməsinin bütövlükdə Türkiyə, eləcə də Azərbaycan və Türk dünyası üçün mühüm əhəmiyyət daşıdığını söyləyib.

Akademik İsa Həbibbəyli onu bildirib ki, TÜBİTAK-ın təcrübəsindən yararlanmaqda və gələcək əməkdaşlıqda maraqlı olduqlarını deyib. Bildirib ki, ilk növbədə TÜBİTAK-ın Milli Akademik Şəbəkə və İnformasiya Mərkəzi ULAKBİM-in Dərgi Park elektron baza reyestrindən istifadə, AMEA-nın elmi jurnallarının da həmin bazaya daxil edilməsində və digər elektron layihələrdə iştirakda maraqlıyıq.

Professor Hasan Mandal isə öz növbəsində ölkəmizə və “Seysmologiya və mühəndis seysmologiyası” mövzusunda VII beynəlxalq konfransda iştiraka dəvətə görə AMEA rəhbərliyinə minnətdarlığını bildirib. TÜBİTAK-ın fəaliyyətinin başlıca məqsədinin insanlarda elmə maraq oyatmaq, elmi populyarlaşdırmaq olduğunu deyən Hasan Mandal yalnız bununla insanların və bəşəriyyətin gələcəyinin inkişaf etdirilə biləcəyini söyləyib.

Akademik İsa Həbibbəyli də öz növbəsində AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin əməkdaşlarının Türkiyənin zəlzələ bölgəsində tədqiqatlar apardığını diqqətə çatdırıb və bu, eləcə də digər istiqamətlər üzrə əməkdaşlığa hazır olduqlarını bildirib.

“Respublika”.