Azərbaycanın təşəbbüsü ilə BMT-nin İnsan Hüquqları Şurasında qətnamə qəbul edilib
Digər xəbərlər

Azərbaycanın təşəbbüsü ilə BMT-nin İnsan Hüquqları Şurasında qətnamə qəbul edilib

Aprelin 3- Cenevrədə BMT-nin İnsan Hüquqları Şurasının 52-ci sessiyası çərçivəsində Azərbaycanın təşəbbüsü ilə "Dövlət xidmətlərinin şəffaf, məsuliyyətli səmərəli çatdırılması vasitəsilə insan hüquqlarının Davamlı İnkişaf Məqsədlərinin təşviqi" adlı qətnamə yekdilliklə qəbul edilib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, qətnaməyə 65 dövlət, o cümlədən ABŞ, Çin, Yaponiya, Avropa İttifaqı üzv dövlətləri, Avstraliya, Kanada, eləcə Afrika, Asiya Amerika qitələrini təmsil edən ölkələr həmmüəllif qismində qoşulub.

Qətnamənin irəli sürülməsində məqsəd ölkəmizin korrupsiyaya qarşı mübarizə sahəsində mühüm nailiyyətlərindən olan Azərbaycanın beynəlxalq müstəvidə brendinə çevrilmiş "ASAN xidmət" konsepsiyasına əsaslanan "dövlət xidmətlərinin şəffaf, məsuliyyətli səmərəli çatdırılması" prinsipinin BMT sistemi daxilində təşviq edilməsidir.

Qəbul edilmiş qətnamə səmərəli dövlət xidmətlərinin bütün insan hüquqlarının müdafiəsi təşviqində BMT-nin Dayanıqlı İnkişaf Gündəliyinin həyata keçirilməsində əhəmiyyətini vurğulayır. Rəqəmsal texnologiyaların korrupsiyanın qarşısının alınması onunla mübarizədə oynadığı mühüm rolu ön plana çıxaran qətnamə dövlət xidmətləri sahəsində uğurlu modellər təsis etmiş BMT üzv ölkələrini öz təcrübələrini digərləri ilə bölüşməyə dəvət edir.

Qətnamə 2015-ci ildə "ASAN xidmət"in təltif edildiyi "BMT-nin Dövlət Xidmətləri Mükafatı" dövlət xidmətlərinin göstərilməsi sahəsində dünyanın ən nüfuzlu mükafatı olaraq təsbit edir BMT qurumlarını digər beynəlxalq təşkilatları müvafiq sahədə mövcud olan uğurlu təcrübələri təşviq etməyə mükafatlandırmağa davam etməyə çağırır.

Qətnamənin yekununda BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığına insan hüquqlarının müdafiəsi təşviqində BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında dövlət xidmətlərinin oynadığı rol barədə hesabatın hazırlanması tapşırığı verilir.

Bu qətnamənin yekdilliklə qəbul edilməsi ona çoxlu sayda dövlətin həmmüəllif kimi qoşulması, "ASAN xidmət"in təsis olunması genişləndirilməsi daxil olmaqla, ölkəmizdə insan hüquqlarının müdafiəsi korrupsiyaya qarşı mübarizə istiqamətində islahatlara beynəlxalq ictimaiyyət tərəfindən göstərilən dəstəyin bariz göstəricisidir.