Hərbi qulluqçumuzun yaralanması ilə bağlı cinayət işi başlanıb
Digər xəbərlər

Hərbi qulluqçumuzun yaralanması ilə bağlı cinayət işi başlanıb

İyunun 15-i saat 08 radələrində Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Laçın sərhəd-nəzarət məntəqəsinə müxtəlif çaplı odlu silahlardan açdıqları atəş nəticəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu, gizir Elşən Rüstəmov güllə yarası xəsarətləri alıb.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, qurumun İstintaq İdarəsi, Kriminalistika şöbəsi Qubadlı Hərbi Prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilir digər zəruri istintaq hərəkətləri aparılır.

Faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 29,120.2.1, 29,120.2.3, 29,120.2.4 29,120.2.11, 29,120.2.12-ci (bir qrup şəxs tərəfindən xidməti vəzifəsini yerinə yetirən şəxsi ümumi təhlükəli üsulla, terrorçuluqla əlaqədar milli düşmənçilik niyyəti ilə öldürməyə cəhd), 214.2.1. 214.2.3 214.2.4- (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silahdan istifadə etməklə ağır nəticələrə səbəb olan terrorçuluq) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Elşən Rüstəmov hərbi hospitala yerləşdirilib vəziyyəti hazırda stabildir.

Baş vermiş hadisənin təfərrüatları barədə hadisə yerinin müayinəsi digər istintaq hərəkətləri keçirildikdən sonra ətraflı məlumat veriləcək.