Azərbaycanın strateji valyuta ehtiyatları 70 milyard dollara yaxınlaşır
İQTİSADİYYAT

Azərbaycanın strateji valyuta ehtiyatları 70 milyard dollara yaxınlaşır

Profisitli tədiyə balansı valyuta bazarında tarazlığın qorunmasında həlledici rol oynayır.

"Respublika" Mərkəzi Banka istinadən xəbər verir ki, bu barədə faiz dəhlizinin parametrləri haqqında məlumatda qeyd olunub.

Məlumata görə, cari ilin I rübündə tədiyə balansının cari əməliyyatlar hesabındakı profisitin ümumi daxili məhsula (ÜDM) nisbəti 10,1 faiz təşkil edib: “5 ayda ölkənin strateji valyuta ehtiyatları 1,8 faiz (və ya 1,3 milyard dollar) artaraq 69,7 milyard dollara çatıb”.