Azərbaycanın cüdo millisi İspaniyada təlim-məşq toplanışında iştirak edib
İdman

Azərbaycanın cüdo millisi İspaniyada təlim-məşq toplanışında iştirak edib

Azərbaycanın gənclərdən ibarət millisinin üzvləri Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə İspaniyanın Malaqa şəhərində keçirilən beynəlxalq təlim-məşq toplanışında iştirak ediblər.

Azərbaycan Cüdo Federasiyasından “Respublika”ya bildiriblər ki, iki gün davam edən hazırlıq prosesinə yığmanın məşqçisi Elxan Rəcəblinin rəhbərliyi ilə 12 idmançı qatılıb.

Təlim-məşq toplanışı sentyabr və oktyabr aylarında keçiriləcək gənclər arasında Avropa və Dünya çempionatlarına hazırlıq məqsədi daşıyıb.