Azərbaycan akrobatları beynəlxalq turnirdə qızıl medal qazanıblar
İdman

Azərbaycan akrobatları beynəlxalq turnirdə qızıl medal qazanıblar

Akrobatika gimnastikası üzrə Azərbaycan milli komandası Polşanın paytaxtı Varşavada keçirilən “Wars and Sawa Cup” beynəlxalq turnirində qızıl medal qazanıb.

Federasiyadan "Respublika"ya verilən məlumata görə, Ağasif Rəhimov və Raziyə Seyidli (qarışıq cütlük), Nəzrin Zeyniyeva, Zəhra Rəşidova, Anahita Bashiri (yeniyetmələrdən ibarət qadın qrupu), Daniel Abbasov və Murad Rəfiyev (kişi cütlüyü) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.