Azərbaycan
İQTİSADİYYAT

Azərbaycan "Həmrəylik Halqası"nın etibarlı enerji tərəfdaşıdır

Məlum olduğu kimi, 2022-ci ildə Sofiya şəhərində Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun (IGB) açılış mərasimi baş tutdu. Mərasimdə Prezident İlham Əliyevin iştirakı Avropa İttifaqı ilə Azərbaycan arasındakı tərəfdaşlığın yüksək səviyyədə inkişafının göstəricisidir. Bundan başqa, Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin qeyd etdiyi məqamlar Cənub Qaz Dəhlizinin Avropanın enerji xəritəsini dəyişdiyini bir daha təsdiqləmişdirÇünki bu qaz kəmərinin işə salınması Bolqarıstan Cənub-Şərqi Avropa üçün yeni dövrün başlanğıcını səciyyələndirir. Demək yerinə düşər ki, Azərbaycanın iqtisadi sahədə irəliləyişində 1994- ildə imzalanmış "Əsrin müqaviləsi"nin müstəsna rolu olmuşdur. Sözügedən müqavilə dünyanın enerji xəritəsini yeniləməklə yanaşı, ölkəmizin Avropa bazarında etibarlı neft ixracatçısı  kimi coğrafiyasını genişləndirməsinə zəmin yaratmışdır.

Dövlət başçısı İlham Əliyevin bu il aprelin 25- Bolqarıstana işgüzar səfəri zamanı Sofiyada "Bulgartransgaz" (Bolqarıstan), "Transgaz" (Rumıniya), FGSZ (Macarıstan) "Eustream" (Slovakiya) Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumu"nun imzalanması ölkəmizin iqtisadi sahədəki uğurlarının davamı kimi xarakterizə edilə bilər. Prezident İlham Əliyevin imzalanma mərasimində söylədiyi fikirlər atılan addımların ölkələrarası əlaqələri daha da möhkəmləndirdiyini təsdiqləmişdir: "…Bu gün imzalanmış Anlaşma Memorandumu icra olunduqdan sonra Avropada enerji təhlükəsizliyini birmənalı olaraq gücləndirəcək Azərbaycan üçün daha çox Avropa ölkəsinə daha çox qazı ixrac etməyə fürsət yaradacaq. Bu gün Enerji komissarı xanım Simsonun, Avropa Komissiyasının digər rəsmilərinin dostlarımızın artıq qeyd etdiyi kimi, Azərbaycan Avropanın, mən deyərdim ki, nəinki enerji, o cümlədən bir sıra digər sahələrdə etibarlı tərəfdaşıdır. Sizə məlumat vermək istəyirəm ki, Avropa İttifaqının 9 üzv dövləti ilə Azərbaycan "Strateji Tərəfdaşlıq haqqında" Bəyannamə ya sazişlərə imza atıb qəbul edib. Bu, o deməkdir ki, Avropa İttifaqına üzv dövlətlərin üçdəbiri Azərbaycanın strateji tərəfdaşıdır bu tərəfdaşlığın çox güclü gələcəyi var…". Bu, həmçinin Bolqarıstanla Azərbaycan arasında etibarlı, uzunmüddətli strateji əməkdaşlığın təzahürüdür. Yeni dünya düzəninin formalaşdığı, eləcə Rusiya-Ukrayna müharibəsinin davam etdiyi dövrdə Avropanın enerji bazarında Azərbaycan təbii qazına tələbat durmadan artmaqdadır. Hazırda Azərbaycan qazı Gürcüstana, Türkiyəyə, Yunanıstana, Bolqarıstana, İtaliyaya Rumıniyaya da ixrac edilir. Daha bir qeyd etməli olduğumuz məqam isə Azərbaycanın qaz təchizatı sahəsində coğrafiyasını 6 ölkədən ən azı 10 ölkəyə qədər genişləndirməsi istiqamətində atılacaq addımlardır. Əlavə qaz tədarüklərinin isə Bolqarıstan, Rumıniya, Macarıstan Slovakiyanın "Həmrəylik Halqası" adlandırılan yenilənmiş qaz nəqli şəbəkələri vasitəsilə həyata keçiriləcəyi nəzərdə tutulmuşdur. Bütün bunlar "Həmrəylik Halqası"nın geniş planlarının icrasında mühüm rol oynayacağının təsdiqidir. Qeyd edək ki, Bolqarıstanın təklif etdiyi Avropa Komissiyası tərəfindən yüksək qiymətləndirilən "Həmrəylik Halqası" təşəbbüsü Avropa İttifaqına (), Mərkəzi Cənub-Şərqi Avropaya təbii qaz tədarükünün təhlükəsizliyini yaxşılaşdırmaq məqsədi daşıyır. Bu baxımdan, "Həmrəylik Halqası" təşəbbüsünün reallaşması ilə Azərbaycan qazının etibarlı şəkildə Avropa İttifaqına üzv ölkələrə çatdırılması mümkün olacaqdır. "Həmrəylik Halqası", həmçinin regionun digər ölkələrinin bu təşəbbüsə qoşulması üçün əlverişli şərait yaradır.

İndiki dövrdə bərpaolunan enerji mənbələrinə investisiyaların yatırılmasının da əsas çağırışlar sırasında olduğunu görmək mümkündür. Azərbaycan isə bu sahədə böyük potensiala malikdir. Həmin fakt digər əməkdaşlıq etdiyimiz ölkələr tərəfindən təsdiqlənmişdir. İmzalanan Anlaşma memorandumları Azərbaycanın Avropa dövlətləri üçün önəmini daha da artırır. Həmçinin, Avropa Komissiyası ilə imzalamış olduğu Anlaşma Memorandumuna əsasən Azərbaycan 2027-ci ilədək qitə dövlətlərinin təbii qaza olan ehtiyacını ən azı iki dəfə artırmağı proqnozlaşdırır. TANAP ilə təbii qaz nəqlinin 16 milyard kubmetrdən 32 milyard kubmetrə, TAP ilə  isə 10 milyard kubmetrdən 20 milyard kubmetrə qədər genişləndirilməsi tərəfdaş ölkələrlə qurulan uğurlu əlaqələrin göstəricisidir.

Bundan başqa, 2022-ci ilin dekabrında Azərbaycan, Gürcüstan, Macarıstan Rumıniya Hökumətləri arasında Avropa Komissiyası Prezidentinin iştirakı ilə yaşıl enerjinin ötürülməsinə dair Buxarestdə imzalanan Saziş mühüm əhəmiyyət kəsb edir. Həmin sazişə uyğun olaraq Azərbaycandan Avropaya bir hissəsi Qara dənizin dibi ilə gedəcək külək enerjisi stansiyalarından ötürmə xəttinin çəkilməsi nəzərdə tutulub. Xüsusi vurğulamaq lazımdır ki, Avropanın enerji ilə təchizat xəritəsinə yaşıl enerji məsələsinin əlavəsi planlaşdırılır. Bu isə günəş külək enerjisindən əldə olunan 25 meqavat həcmində yaşıl enerjinin tərəfdaş dövlətlərə ixrac ediləcəyi mənasına gəlir.

Nəzrin ELDARQIZI,

"Respublika".