ANAMA:
Gündəm

ANAMA: "Dağıdılmış dəmiryolu xətləri və hissələri mina ilə ciddi şəkildə çirkləndirilib"

Dağıdılmış dəmiryolu xətləri və hissələri ciddi şəkildə minadan çirkləndirilib.

"Respublika" xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) məlumat yayıb.

“Bəzən insanlar cığırla və ya otluqla getməyi təhlükəli hesab edərək dəmiryolu xətti boyunca hərəkət etməyə üstünlük verirlər. Lakin bu daha təhlükəli ola bilər. Unutmaq olmaz ki, dağıdılmış dəmiryolu xətləri və hissələri mina ilə ciddi şəkildə çirkləndirilib”, - deyə məlumatda bildirilib.