Bakıda sıxlıq müşahidə olunan yolların siyahısı
Gündəm

Bakıda sıxlıq müşahidə olunan yolların siyahısı

Bakının bir sıra yollarında sıxlıq müşahidə edilir.

"Respublika" xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Bildirilib ki, hazırda yollardakı vəziyyət belədir:

1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;

2. Binəqədi şosesi, "Azadlıq Prospekti" metro stansiyası istiqamətində;

3. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;

4. Sabunçu-Zabrat şosesi, "Koroğlu" metro stansiyası istiqamətində sıxlıq müşahidə olunur.