Ali qonağın şərəfinə dövlət ziyafəti verilib
Rəsmi

Ali qonağın şərəfinə dövlət ziyafəti verilib

Mayın 16-da Bakıda, “Gülüstan” sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun şərəfinə dövlət ziyafəti verilib.

"Respublika" xəbər verir ki, ziyafətdə Azərbaycan və Belarus musiqilərindən ibarət konsert proqramı təqdim olunub.