Azərbaycan U-17 millisi İnkişaf turnirində iştirak edəcək
İdman

Azərbaycan U-17 millisi İnkişaf turnirində iştirak edəcək

Azərbaycanın U-17 millisi Belarusun paytaxtı Minskdə təşkil olunacaq İnkişaf turnirində iştirak edəcək.

"Respublika" "AFFA"-nın rəsmi saytına istinadən xəbər verir ki, turnir aprelin 22-dən 28-dək keçiriləcək. Azərbaycan yığması Belarus, Özbəkistan və Tacikistan komandaları ilə qarşılaşacaq.

İlham Yadullayevin baş məşqçisi olduğu kollektiv aprelin 23-də Belarus, 25-də Özbəkistan, 28-də isə Tacikistanla üz-üzə gələcək.