Eden Hazard təqaüdə çıxmasının səbəbini açıqlayıb
İdman

Eden Hazard təqaüdə çıxmasının səbəbini açıqlayıb

Eden Hazard deyib ki, təqaüdə çıxma qərarını vermək asan olmayıb.

"Respublika" "Hürriyet" nəşrinə istinadən xəbər verir ki, belçikalı futbolçu "Pul üçün harasa getmək istəmirdim" deyə qeyd edib.

"Həyatda hər şeyi izah edə bilməzsən. Özümlə barışmışam və xoşbəxtəm. Adımın bir çox klublarda, xüsusən də Belçika millisi ilə hallanması xoş idi. Belçikada oynamaq şansım olmadı, əla hekayə ola bilərdi, amma olmadı. Artıq millidən təqaüdə çıxanda bu haqda düşünmüşdüm. Meydanda  əylənmədiyim anda işi tərk edəcəyimi dedim. Mən harasa gedib pul üçün oynamaq istəmirdim. Ən yaxşı həll yolu təqaüdə çıxmaq idi. Artıq məşqdən zövq almırdım" - deyə Hazard bildirib.

Nurcan SÜLEYMANOVA

"Respublika"