Azərbaycan və Baham adaları bədii gimnastika sahəsində əməkdaşlığa başlayır
İdman

Azərbaycan və Baham adaları bədii gimnastika sahəsində əməkdaşlığa başlayır

Baham adaları və Azərbaycan Gimnastika Federasiyaları (AGF) arasında Anlaşma Memorandumu imzalanıb. 

AGF-nin mətbuat xidmətindən "Respublika"ya verilən məlumata görə, ölkələr bədii gimnastikanın inkişafı və təbliği məqsədilə əməkdaşlığa başlayıblar. 

Memorandum Azərbaycan Gimnastika Federasiyanın baş katibi Nurlana Məmmədzadə və Baham Adaları Gimnastika Federasiyasının prezidenti Kora Hepburn tərəfindən imzalanıb. 

Bu əməkdaşlığın federasiyalararası təcrübə mübadiləsi baxımından əhəmiyyətli olduğu vurğulanıb.