Galatasaray İngiltərədən 3 xalla qayıdıb
İdman

Galatasaray İngiltərədən 3 xalla qayıdıb

"Respublika" xəbər verir ki, sarı-qırmızılı Türkiyə təmsilçisi, Çempionlar Liqası qrup mərhələsinin oyununda "Mançester Yunayted"i Zaha, Kərəm ve İkardinin qolları ilə 3-2 məğlub edib.

Hesabı 17-ci dəqiqədə meydan sahiblərinin heyətində Rasmus Heylund açıb. Cəmi 6 dəqiqə sonra Vilfrid Zaha tarazlığı bərpa edib. Heylund 67-ci dəqiqədə özünün və komandasının ikinci qolunu vurub. 71-ci dəqiqədə Kerem Aktürkoğlu hesabı bərabərləşdirib. 77-ci dəqiqədə "Mançester Yunayted" meydanda azlıqda qalıb. Cərimə meydançasında Dris Mertensə qarşı kobudluqdan sonra Kazemiro həm ikinci sarı vərəqəni görüb, həm də penaltiyə səbəb olub. Lakin Mauro İkardi 11 metrlik cərimə zərbəsindən yararlana bilməyib. Buna baxmayaraq, argentinalı hücumçu 81-ci dəqiqədə istəyinə çatıb. O, qapıçı ilə üzbəüz dueldən qalib ayrılaraq, komandasına səfərdə vacib qələbə qazandırıb.