Panama kanalını quruyub - 200-dən çox gəmi gözləmədədir
Dünya xəbərləri

Panama kanalını quruyub - 200-dən çox gəmi gözləmədədir

Atlantik və Sakit okeanları birləşdirən Panama kanalında quraqlıq səbəbindən nəqliyyatın hərəkəti dayanıb.

"Respublika" "Hürriyət"ə istinadən xəbər verir ki, 200-dən çox gəmi həftələrdir suya qənaət etmək üçün keçidlərin məhdudlaşdırıldığı kanalın hər iki tərəfində gözləyir.

Səlahiyyətlilər keçidlərin sayını 32-yə endirib, milyon dollarlıq mal daşıyan nəhəng gəmilərin Panama kanalının girişində lövbər salmasına səbəb olub. Yağıntıların azalması səbəbindən gəmi keçidlərində istifadə olunan çəndə suyun miqdarı azaldığına görə, kanal rəhbərliyi sentyabrın 2-dək tranzit məhdudiyyəti qoymalı olub. 

Töhfə SƏMƏDOVA,

"Respublika".