ABŞ ukraynalı pilotların təlimini sürətləndirəcək
Dünya xəbərləri

ABŞ ukraynalı pilotların təlimini sürətləndirəcək

Birləşmiş Ştatlar F-16 döyüş təyyarələrinin Kiyevə tədarükü prosesi ilə bağlı ukraynalı pilotların təlimi məsələsini mümkün qədər tez həll edəcək. 

"Respublika" xəbər verir ki, bu barədə ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan açıqlama verib. Onun sözlərinə görə, Ukraynanın F-16 qırıcı təyyarələrindən effektiv istifadə etməsi üçün lazım olan təlimlərin başlaması üzrə çalışmalar davam edir. 

Sallivan Ukraynalı pilotların hazırlığının nə vaxt başlayacağını deməsə də, bunun aylar deyil, həftələr ərzində həyata keçəcəyini və texniki məsələlərin artıq həll olunduğunu bildirib.