“Baxıcı-dayə xidmətinin təşkili” layihəsi çərçivəsində praktik məşğələlərə başlanıb
Sosial həyat

“Baxıcı-dayə xidmətinin təşkili” layihəsi çərçivəsində praktik məşğələlərə başlanıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Dəstək Mərkəzi tərəfindən “Baxıcı-dayə xidmətinin təşkili” layihəsi çərçivəsində praktik məşğələlərə başlanıb.

“Respublika” xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ahıl və əlilliyi olan şəxslərə göstərilən səyyar xidmətin keyfiyyətinin artırılması məqsədi daşıyan layihəyə bu sahədə çalışan sosial xidmət işçiləri cəlb olunub.  

40 saatı əhatə edən praktik məşğələlər Nazirliyin tabeliyindəki Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Mərdəkan Müalicə Pansionatında təşkil olunub.

Layihənin sonunda nəzəri və praktik baza biliklərə yiyələnmiş iştirakçılara sertifikatlar təqdim ediləcək.