Sosial sahə üzrə yeni proaktiv xidmətlər yaradılır
Sosial həyat

Sosial sahə üzrə yeni proaktiv xidmətlər yaradılır

Sosial sahədə elektronlaşdırma proqramı çərçivəsində 2019-cu ilin əvvəlindən 51 proaktiv xidmət yaradılıb hazırda bu xidmətlərin sırasının daha da genişləndirilməsi işləri aparılır. Bu barədə Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyində kollegiya iclasında bildirilib. Əmək əhalinin sosial müdafiəsi naziri, kollegiyanın sədri Sahil Babayev Prezident İlham Əliyevin tapşırıqları əsasında həyata keçirilən sosial islahatların vətəndaş rifahının məmnunluğunun təminatı məqsədi daşıdığını bildirib.

Nazirliyin ictimaiyyətlə əlaqələr kommunikasiya şöbəsindən verilən məlumata görə qeyd olunub ki, son 5 ildə 4 sosial islahat paketi icra olunaraq əhalinin sosial müdafiəsinin gücləndirilməsi, əməkhaqqı, pensiya, müavinət, təqaüd sosial yardımların artırılması istiqamətində mühüm irəliləyişlər əldə olunub. Eyni zamanda, sosial xidmətlərin rəqəmsal müstəvidə, müasir şəffaf şəkildə təqdim edilməsi sosial islahatların əsas tərkib hissəsidir.

Yaradılan 51 proaktiv xidmət vasitəsilə 720 min təyinat vətəndaşların müraciətinə sənəd təqdim etməsinə  ehtiyac olmadan, elektron sistemlər üzərindən proaktiv qaydada həyata keçirilib. Hazırda bəzi sosial təminat növlərinin, habelə dəfn üçün müavinətin proaktiv qaydada təyinatına imkan verəcək xidmətlər yaradılır. Eləcə pensiya kalkulyatorunun təkmilləşdirilməsi, himayədar ailə qayğı sisteminin tətbiqi ilə bağlı "Valideyn himayəsindən məhrum olmuş uşaqlar övladlığagötürmə" altsisteminin funksional imkanlarının genişləndirilməsi işləri davam etdirilir.

Əmək qanunvericiliyinin təkmilləşdirilməsi istiqamətində görülən işlər, Əmək Məcəlləsinə yeni dəyişikliklər layihəsinin hazırlandığı bildirilib. Son illər 1008 peşə kvalifikasiya standartı hazırlandığı sosial tərəfdaşlarla birgə daha 300 peşə kvalifikasiya standartının hazırlanmaqda olduğu qeyd edilibƏlilliyi olan şəxslərə dövlət büdcəsi hesabına verilən reabilitasiya vasitələrinin növlərinin siyahısına 2020-ci ildə 23 yeni növ əlavə edilərək siyahıda reabilitasiya vasitələri növlərinin sayı 57- çatdırılıb.

Mustafa KAMAL,

"Respublika".