DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

ZELENSKİ: ƏKS-HÜCUM ƏMƏLİYYATINDA KRIMI AZAD ETMƏYƏ ÇALIŞACAĞIQ

Ukrayna Silahlı Qüvvələri əks-hücum əməliyyatına hazırlaşır. “Teleqraf.comun xəbərinə görə, bunu Ukrayna prezidenti Volodimir Zelenski bildirib.

Dövlət başçısının sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri əks-hücum əməliyyatı zamanı Krımı azad etməyə çalışacaq.

Eyni zamanda, Zelenski qeyd edib ki, Ukrayna öz tərəfdaşlarındanF-16” qırıcılarının tədarükünü gözləmədən əks-hücuma başlayacaq.

Zelenski həmçinin əlavə edib ki, əməliyyatın uğuru Qərbdən gözlənilən tədarükdən asılıdır. Dövlət başçısı müharibədə uğur qazanacaqlarına ümid etməsinə baxmayaraq, müharibənin illərlə, hətta onilliklərlə davam edə biləcəyini diqqətə çatdırıb.

 

ABŞ MÜTTƏFİQLƏRİ ÜÇÜN 126 ƏDƏDF-35” QIRICISI İSTEHSAL EDİLƏCƏK

Lockheed Martinşirkəti ABŞ Müdafiə Nazirliyindən ölkə ordusu müttəfiqləri üçün 126 ədədF-35” qırıcısı istehsalı üçün 7,8 milyard dollarlıq müqavilə alıb. “Reportagentliyinin verdiyi xəbərə görə, bu barədə Pentaqonun bəyanatında qeyd olunur.

Məlumata əsasən, müqavilə ABŞ Silahlı Qüvvələrinə müttəfiqlərinə 398 qırıcı təyyarənin tədarükü üçün Pentaqonla şirkət arasında əvvəllər əldə edilmiş 30 milyard dollarlıq razılaşmanın həyata keçirilməsində son mərhələ idi.

Eyni zamanda, bu razılaşma ABŞ digər ölkələr üçün təxminən 3000 təyyarə üçün 412 milyard dollar dəyərində genişmiqyaslı satınalma proqramını tamamlayır.

Müqaviləyə ABŞ Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri Dəniz Piyadaları Korpusu üçün 77 təyyarə, həmçinin Belçika (4), Böyük Britaniya (7), Danimarka (3), İtaliya (9), Niderland (6), Polşa (6), Finlandiya (8) Yaponiya (6) üçün qırıcılar daxildir.

 

BVF: RUSİYA İQTİSADİYYATI GÖZLƏNİLDİYİNDƏN DAHA DAYANIQLIDIR

Rusiya iqtisadiyyatı sanksiyalara gözlənildiyindən daha dözümlü olduğunu sübut etdi. “Sputnikinformasiya agentliyinin verdiyi xəbərə görə, bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) hesabatında bildirilir.

Məlumata görə, hesabatda qeyd edilir ki, ötən ilin ikinci rübündəki kəskin enişdən sonra iqtisadiyyat üçüncü dördüncü rüblərdə ciddi şəkildə bərpa olunub.

Bununla yanaşı, BVF 2022-ci ildə ölkə iqtisadiyyatının neft ixracının sabit həcmləri ilə dəstəkləndiyini qeyd edib.

Rusiyanın məhdudiyyətləri tətbiq edən ölkələrdən, bunu etməyən ölkələrə xammal ixracını yönləndirmək qabiliyyəti müstəqil olaraq əldə edilmiş qeyri-rəsmi məlumatlarla təsdiqlənir”, - deyə BVF vurğulayıb.

Bu ərəfədə baş nazir Mixail Mişustin qeyd etmişdi ki, Qərb dünya infrastrukturuna nəzarəti silahla təmin etməyə çalışır. Lakin hazırda Rusiya iqtisadiyyatı sanksiyalara baxmayaraq, davamlı şəkildə bərpa olunur.

 

TÜRKİYƏNİN TURİZM GƏLİRLƏRİNDƏ CİDDİ ARTIM MÜŞAHİDƏ OLUNUR

Türkiyənin turizm gəlirləri 2023- ilin yanvar-mart aylarında ötən ilin eyni dövrü ilə müqayisədə 32,3 faiz artaraq 8 milyard 690 milyon 505 min ABŞ dollarına çatıb. “Reportagentliyinin xəbərinə görə, bu barədə Türkiyə Statistika Təşkilatı (TÜİK) məlumat yayıb.

Verilən xəbərə görə, gəlirlərin 20,8 faizi xaricdə yaşayan vətənlərinə dincəlmək üçün gələn Türkiyə vətəndaşlarının payına düşüb.

Türkiyədə ilin birinci rübündə turistlərin şəxsi ehtiyacları üçün xərcləri 7 milyard 503 milyon 255 min, turpaketlər üçün isə 1 milyard 187 milyon 249 min ABŞ dolları təşkil edib.

Eyni zamanda, yanvar-mart aylarında Türkiyədən gedən turistlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 26,8 faiz artaraq 8 milyon 181 min 566 nəfərə çatıb. Bunlardan 20,4 faizi ya 1 milyon 672 min 332 nəfəri xaricdə yaşayan Türkiyə vətəndaşlarıdır.

 

ABŞ İRAN ARASINDA GƏRGİNLİK PİK HƏDDƏ ÇATIB

ABŞ Oman körfəzində sanksiya əməliyyatı çərçivəsində İran tankerindəki nefi müsadirə edib. “Teleqraf.comun verdiyi xəbərə görə, İsrailinThe Jerusalem Postqəzeti Tehran Vaşinqtonun Yaxın Şərqdə açıq toqquşma ehtimalının artdığına diqqət çəkib.

Bildirilir ki, yükün müsadirəsi Vaşinqton Tehran arasında uzunmüddətli sanksiya təzyiqindən sonra yeni qarşıdurmadır. Məlumata görə, İran ona tətbiq edilən sanksiyaları tanımır neft ixracını artmağa çalışır. Üstəgəl, İran rejimi nüvə proqramınınmülki məqsədliolduğunu iddia edir, Vaşinqton isə onun nüvə silahı hazırlamaq istədiyindən şübhələnir.

ABŞ Hərbi Dəniz Qüvvələri aprelin 27- İranın Oman körfəzində Marşal Adaları bayrağı ilə üzən bir tankeri saxladığını açıqlayıb. İran isə ABŞ-ın onun tankerini saxlayarkən, vətəndaşlarının yaralandığını iddia edir.

Bu insidentdən sonra senatorlar prezident Cozef Baydenə müraciət edərək, İrandan neft daşınmalarının tam dayandırılması üçün bir sıra siyasi maneələri aradan qaldırmağa çağırıb.

Məlumat üçün qeyd edək ki, son iki ildə ABŞ dənizlər okeanlarda müxtəlif istiqamətlərdə üzən bir neçə İran gəmisini saxlayıb.

 

RUSİYADA DÖVLƏTƏ XƏYANƏT EDƏNLƏRİN CƏZASI SƏRTLƏŞDİRİLİB

Rusiyada dövlətə xəyanətə görə cəza sərtləşdirilib. “Sputnikinformasiya agentliyinin verdiyi xəbərə görə, Rusiya prezidenti Vladimir Putin aprelin 28- bununla bağlı fərman imzalayıb.

Bildirilir ki, prezidentin fərmanı ilə Rusiyada dövlətə xəyanətə görə ömürlük həbs cəzası tətbiq ediləcək.

Eyni zamanda, Vladimir Putin diversiya terrorçuluğa görə cinayət məsuliyyətinin sərtləşdirilməsi haqqında da qanun imzalayıb.

Belə ki, diversiyaya görə cəza 15 ildən 20 ilə qaldırılıb. Beynəlxalq terrorizmə görə cəza 10 ildən 12 ilə qədər artırılıb.

Bununla yanaşı, terrorçuluq fəaliyyətini yardıma görə cəzanın minimum həddi 5 ildən 7- qaldırılıb.

 

SUDANDA MÜNAQİŞƏ TƏRƏFLƏRİ DANIŞIQLAR ÜÇÜN NÜMAYƏNDƏ ayırıb

Sudan ordusu Çevik Reaksiya Qüvvələri danışıqlarda iştirak etmək üçün öz namizədlərini müəyyənləşdirib. “Reportagentliyinin məlumatına görə, bu barədə BMT-nin Sudandakı nümayəndəsi bəyan edib.

Təşkilat rəsmisinin sözlərinə görə, həm ordu, həm xüsusi təyinatlılar dialoqa əvvəlkindən daha çox açıqdır.

Eyni zamanda, BMT nümayəndəsi qeyd edib ki, tərəflər arasında danışıqlar Cənubi Sudanda ya Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilə bilər. O, təklif olunan görüşün tarixini açıqlamayıb.

Bununla yanaşı, Sudanın səhiyyə naziri ölkədəki qarşıdurmalarda ölənlərin sayının 600 nəfərə çatdığını vurğulayıb. Məlumata görə, 4 minə yaxın insan yaralanıb.

Qeyd edək ki, aprelin 15-dən Sudanda xüsusi təyinatlı qüvvələrlə nizami ordu bölmələri arasında döyüşlər gedir. Sudanda müxalif qüvvələr hərbi uğurlar obyektlərə nəzarət barədə ziddiyyətli bəyanatlar verir, mediada sosial şəbəkələrdə genişmiqyaslı informasiya müharibəsi aparır.

Hazırladı:

Vamiq ABBASOV,

Respublika”.