Silsilə tədbirlər davam edir
Digər xəbərlər

Silsilə tədbirlər davam edir

Yeni Azərbaycan Partiyasının (YAP) təsis edilməsinin 30-cu ildönümü ilə əlaqədar partiyanın Mərkəzi Aparatı tərəfindən hazırlanmış və İdarə Heyətinin qərarı ilə təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq silsilə tədbirlər davam edir.

Tədbirlər Planı çərçivəsində noyabrın 11-də partiyanın Şabran, Zəngilan, Nərimanov, Şamaxı rayon təşkilatları tərəfindən tədbirlər keçirilib.

Tədbirlərdə ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad edilib.

Keçirilən tədbirlərdə - Şabran rayonunda YAP Şabran rayon təşkilatının sədri Mehdi Balabəyov, YAP Təftiş Komissiyasının üzvü, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov, YAP İdarə Heyətinin üzvü Elnarə Akimova, Şabran Rayon İcra Hakimiyyətinin başçısı Asif Hüseynov, partiyanın Zəngilan rayon təşkilatının tədbirində YAP Zəngilan rayon təşkilatının sədri Natiq Quluzadə, Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov, YAP İdarə Heyətinin üzvü Ramiz Hüseynov, YAP Veteranlar Şurasının üzvü Adilə Abasova, Milli Məclisin deputatı İmamverdi İsmayılov, Nərimanov rayonunda YAP Nərimanov rayon təşkilatının sədri Samir Vəliyev, Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev, YAP Veteranlar Şurasının üzvü, "91-lər"dən Şahlar Əsgərov, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Hikmət Babaoğlu, Şamaxı rayonunda YAP Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı, Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, YAP İdarə Heyətinin üzvü, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov, YAP Veteranlar Şurasının üzvü, "91-lər"dən Tahir Məmmədov və başqaları çıxış ediblər.

Çıxışlarda Yeni Azərbaycan Partiyasının 30 il ərzində keçdiyi zəngin və şərəfli inkişaf yoluna nəzər salınıb. Azərbaycan dövlətinin ulu öndər Heydər Əliyevin ideyaları əsasında və Prezident İlham Əliyevin rəhbərliyi ilə möhtəşəm nailiyyətlər qazanaraq yeni zirvələr fəth etdiyi diqqətə çatdırılıb.

Tədbirlərdə YAP sıralarına yeni qəbul olunmuş şəxslərə üzvlük vəsiqələri və partiya fəallarına fəxri fərmanlar təqdim edilib.

Bundan əlavə, noyabrın 11-də Yeni Azərbaycan Partiyasının təsis olunmasının 30 illiyi münasibətilə partiyanın rayon və şəhər təşkilatları Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) yerli strukturları ilə birgə ağacəkmə kampaniyası keçirib. Kampaniyada ümumilikdə 8 min nəfərə yaxın insan iştirak edib və 16 min 280 ədəd müxtəlif növ ağac əkilib.

X.KOSAYEV,

“Respublika”.