Uşaqlarla bağlı fəaliyyət göstərən QHT-lərlə görüş
Sosial həyat

Uşaqlarla bağlı fəaliyyət göstərən QHT-lərlə görüş

Sosial Xidmətlər Agentliyində (SXA) uşaqlarla bağlı fəaliyyət göstərən QHT-lərlə keçirilən görüşdə xüsusi qayğıya ehtiyac duyan, habelə sağlamlıq imkanları məhdud uşaqların sosial reabilitasiyası və cəmiyyətə inteqrasiyasına dəstək yönümlü layihələr müzakirə edilib.  

   Bu barədə nazirliyin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, Agentliyin İdarə Heyətinin sədri Vüqar Behbudov həssas kateqoriyalardan olan uşaqların reabilitasiya yönümlü sosial xidmətlərlə əhatə olunması sahəsində gördüyü işləri diqqətə çatdırıb. Bu sahədə ixtisaslaşmış QHT-lərlə fəal əməkdaşlıq təcrübəsinin olduğunu, QHT-lərin xüsusi qayğıya ehtiyac duyan uşaqlarla bağlı layihələrinə dəstək verildiyini qeyd edib.

   Ümumilikdə 18 QHT rəhbəri və nümayəndəsinin qatıldığı görüşdə həmin uşaqlara ehtiyac duyduqları istiqamətdə dəstəyin göstərilməsi üçün birgə fəaliyyətin təşkili ilə bağlı fikir mübadiləsi aparılıb. Sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası, autizmli uşaqlarla işin genişləndirilməsi və s. sahələrdə gələcək əməkdaşlıq məsələləri müzakirə olunub.

M.MUSTAFAYEV,

“Respublika”.