Xocavənd rayonunda Ermənistana məxsus “Mİ-8
Digər xəbərlər

Xocavənd rayonunda Ermənistana məxsus “Mİ-8" helikopterinin qalıqları aşkarlanıb

Dünən Xocavənd rayonunun Tuğ kəndi ərazisində Ermənistan silahlı qüvvələrinə məxsus "Mİ-8" helikopterinin qalıqları aşkar edilib.

Müdafiə Nazirliyindən AZƏRTAC-a verilən məlumata görə, aparılan araşdırmalar nəticəsində müəyyən olunub ki, həmin qalıqlar Vətən müharibəsi zamanı 2020-ci il oktyabr ayının 18-də Xocavənd rayonunun Tuğ kəndi istiqamətində Azərbaycan Hərbi Hava Qüvvələrinin bölmələri tərəfindən ekipajı ilə birlikdə vurulan Ermənistan silahlı qüvvələrinə məxsus "Mİ-8" helikopteridir.

AZƏRTAC