Yol-nəqliyyat infrastrukturunun yenilənməsi ölkəmizin iqtisadi qüdrətinin göstəricisidir
Digər xəbərlər

Yol-nəqliyyat infrastrukturunun yenilənməsi ölkəmizin iqtisadi qüdrətinin göstəricisidir

Müstəqil Azərbaycan bütün sahələrdə olduğu kimi, özünün yol mədəniyyəti ilə dünyada fərqlənən ölkələr sırasındadır. Respublikamızda yol infrastrukturunun qurulması işi ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərimizin sözləri ilə desək "Yol mədəniyyət, iqtisadiyyat, bir sözlə həyat deməkdir".

Ulu öndər yolu təkcə mədəniyyət iqtisadiyyat amili kimi deyil, həm bütünlüklə həyat mənbəyi hesab edirdi. Ümummilli liderin ölkəmizdə ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra yaradılan sabitlik iqtisadi inkişaf ölkə iqtisadiyyatının tərəqqisində mühüm rol oynayan avtomobil yollarının bərpası yenidən qurulmasına əlverişli şərait yaratdı. Bu işlər bu gün ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir.

Azərbaycan Avropa Asiyanı birləşdirən nəqliyyat marşrutlarının kəsişdiyi əlverişli strateji mövqedə yerləşir. Məhz bu amil respublikamızın tranzit əhəmiyyətini xeyli artırır. Ölkəmizin ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizləri dövlətin nəqliyyat sisteminin beynəlxalq səviyyəli avtomobil yollarının tikintisinə münbit zəmin yaratmaqla yanaşı, ölkənin iqtisadi inkişafına güclü təkan verir. Elə bu səbəbdəndir ki, son illər respublikada görülən yol inşaat işlərinin miqyası ölçüyəgəlməzdir. Xüsusilə bölgələrdə kənd qəsəbə yolları əsaslı təmir olunur, yenidən qurulur, hətta uzaq dağ kəndlərinə belə, müasir tipli yollar çəkilir. Yolların inkişafı bir tərəfdən iqtisadiyyatımıza səmərə gətirir, qeyri-neft sektorunun inkişafına öz töhfəsini verir, digər tərəfdən vətəndaşlarımızın, o cümlədən Azərbaycana gələn qonaqların, turistlərin rahatlığını təmin edir.

Rahat yollar olmadan Azərbaycanın dinamik inkişafını təsəvvür belə etmək mümkün deyil. Həyata keçirilən məqsədyönlü işlər nəticəsində yol-nəqliyyat kompleksinin ayrı-ayrı qurğuları yüksək keyfiyyətlə tikilərək istismara verilir. Yol-nəqliyyat sisteminin təkmilləşdirilməsi sosialyönümlü tədbirlər olmaqla yanaşı, ölkəmizin iqtisadi qüdrətinin göstəricisidir. Azərbaycan bu gün Avrasiya məkanında dinamik inkişaf edən lider dövlət, həm iki qitə arasında mühüm ən əlverişli nəqliyyat mərkəzidir.

Bu mövqe düzgün siyasət, gələcək perspektivi aydın müəyyənləşdirən strateji kurs vaxtında ən optimal islahatlar keçirilməsi, müasir layihələr icra edilməsi nəticəsində qazanılıb. Azərbaycanın regionlarında, paytaxt Bakıda yol-nəqliyyat infrastrukturu müasirləşdirilir, avtomobil yolları şəbəkəsi yenidən qurulur. Yeni yolötürücüləri, körpülər, tunellər, yerüstü yeraltı piyada keçidləri inşa edilir. Azərbaycan yol infrastrukturunun inkişaf səviyyəsinə görə beynəlxalq təşkilatların tərtib etdiyi hesabatlarda ön sırada qərarlaşır.

Nəqliyyat sektorunun formalaşdırılması ölkənin beynəlxalq aləmə, Azərbaycan məhsullarının xarici bazarlara çıxışını reallaşdırır. Artıq Azərbaycan beynəlxalq nəqliyyat sistemində əhəmiyyətli rol oynayan ölkəyə çevrilib. Buna ölkəmizin yerləşdiyi coğrafi mövqe iqtisadi potensialı zəmin yaradır. Elə ölkə daxilində yeniləşdirilən yol infrastrukturu da dövlətin prioritet məsələlərindəndir.

Bu gün yol infrastrukturunun daha da təkmilləşdirilməsi kimi sosialyönümlü tədbirlərin icrasını Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi uğurla yerinə yetirir.

Prezident İlham Əliyevin imzaladığı sərəncamlara əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin tərkib hissəsi olan Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun "Yaşma bağları" yaşayış məntəqəsindən başlayaraq tikintisi bu gün sürətlə davam etdirilir. Magistral yol layihəsinin tikintisi 5 hissə üzrə həyata keçirilir.

Qeyd edək ki, magistralın Xızı rayonunun Yaşma Giləzi qəsəbələri arasında yerləşən 30 km-lik 1-ci hissəsi üzrə (layihə üzrə 0-29.9 km) tikinti işləri sona çatdırılıb.

Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması məqsədilə respublika əhəmiyyətli Giləzi-Xızı avtomobil yolunun Giləzi qəsəbəsindən keçən hissəsinin əsaslı təmiri işləri paytaxtımızı İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala Balakən rayonları ilə birləşdirən ən qısa yol hesab olunan Bakı-Şamaxı-Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun Muğanlı-İsmayıllı-Qəbələ hissəsinin yenidən qurulması işləri uğurla davam edir.

Beynəlxalq standartlara cavab verən bugünkü magistral yollarımız ölkəmizin görkəmini başdan-başa dəyişdirib. Respublika iqtisadiyyatının qüdrətini artıran bu yollar indi Avropa ölkələrinin yollarından heç geri qalmır. Fərəhlidir ki, avtomobil yollarının tikintisi yenidən qurulması işlərinin həcmi ilbəil artır. Hara yol çəkilirsə, həmin ərazidə yeni infrastruktur yaradılır, investisiya cəlb olunur, bir sözlə, həyat sözün əsl mənasında canlanır. Nahaq yerə demirlər ki, müasir yol dövlətin iqtisadi qüdrətini nümayiş etdirməklə yanaşı, həm həyatın başlanğıcıdır.

M.MİRZƏ,

"Respublika".