Turist istirahət mərkəzində dünyasını dəyişdi
Digər xəbərlər

Turist istirahət mərkəzində dünyasını dəyişdi

Daxil olmuş sorğuya cavab olaraq bildirilir ki, iyulun 2-si saat 17 radələrində 1963-cü il təvəllüdlü Xanım Tağıyevanın Xaçmaz rayonunun İstisu qəsəbəsi ərazisində yerləşən istirahət mərkəzlərindən birində ölməsi faktı ilə bağlı Xaçmaz rayon prokurorluğunda araşdırma aparılır. Ölümün səbəbi təyin olunmuş məhkəmə-tibbi ekspertizasının rəyi əsasında müəyyən ediləcək.

Hadisə üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmaqla nəticəsi barədə müvafiq qərarın qəbul edilməsi təmin olunacaq.