Qəbələ: Qazilərlə görüş
Region

Qəbələ: Qazilərlə görüş

Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev bir qrup Vətən müharibəsi qazisi ilə görüşüb.

Görüşdə 44 gün davam edən Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə tarixi qələbə qazanmasından, zəfərlə sona çatan Vətən müharibəsində ölkəmizin igid oğullarının qəhrəmanlıqlarından söhbət açılıb.

Rayon rəhbərliyi tərəfindən qazilər hörmətlə dinlənilib, onları narahat edən problemlər öyrənilib və həlli istiqamətində müvafiq tədbirlər görülüb.

Müharibə qaziləri onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.

M.NƏRİMANOĞLU,

"Respublika".