Səhiyyə işçiləri mükafatlandırılıb
Region

Səhiyyə işçiləri mükafatlandırılıb

İsmayıllı

“Heydər Əliyev İli” çərçivəsində 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə əlaqədar səhiyyə veteranları ilə görüş keçirilib.

İsmayıllı Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin təşkilatçılığı ilə Qala Şadlıq Sarayında keçirilən tədbirdə rayon icra hakimiyyətinin başçısı Nahid Bağırov, idarə, təşkilat, müəssisə rəhbərləri, şəhid ailələri, tibb işçiləri, veteran səhiyyə işçiləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə İsmayıllı Rayon Mərkəzi Xəstəxanası PHŞ-nin direktoru Vidadi Rəhimov açaraq iştirakçıları 31 Dekab – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl münasibətilə təbrik edib. Son bir ildə səhiyyə sahəsində görülən işlər və qazanılan uğurlar barədə məlumat verib.

RİH başçısının müavini Sevil Əhmədova tədbir iştirakçılarını bayram münasibətilə təbrik edib, şərəfli və məsuliyyətli peşə sahibləri olan tibb işçilərinə göstərilən diqqət və qayğıdan danışıb.

Çıxış edənlər səhiyyə xidmətinin xeyli yüksəldiyini və sakinlər tərəfindən daim yüksək qiymətləndirildiyini vurğulayıblar.

Tədbir zamanı rayon rəhbərliyi tərəfindən bir qrup tibb işçisi səhiyyə sahəsindəki səmərəli fəaliyyətinə görə mükafatlandırılıb.

Tədbir musiqi proqramı ilə davam edib.

M.NƏRİMANOĞLU,

“Respublika”.