Qardaş Türkiyəyə qış səhra çadırları göndərilib
Digər xəbərlər

Qardaş Türkiyəyə qış səhra çadırları göndərilib

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən, Türkiyədə baş vermiş zəlzələdən zərərçəkənlərə dəstək məqsədilə Müdafiə Nazirliyinin yardım tədbirləri davam etdirilir.

Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a məlumat verilib.

Bildirilib ki, Müdafiə Nazirliyinin Maddi Texniki Təminat Baş İdarəsinin təminat bazasından qış səhra çadırlarının bir hissəsi avtomobil, digərləri isə hava nəqliyyatı vasitəsilə qardaş ölkəyə göndərilib.