ABŞ-də səkkiz qəzet ChatGPT-ni məhkəməyə verib
Dünya xəbərləri

ABŞ-də səkkiz qəzet ChatGPT-ni məhkəməyə verib

ABŞ-da səkkiz qəzet milyonlarla müəllif hüququ ilə qorunan xəbər məqaləsini oğurladıqlarını iddia edərək, ChatGPT istehsalçısı OpenAI və Microsoft-a qarşı iddia qaldırıb.

"Respublika" xarici KİV-ə istinadən xəbər verir ki, "New York Daily News", "Chicago Tribune" və "Denver Post" kimi təşkilatlar ChatGPT istehsalçısı OpenAI və onun dəstəkçisi Microsoft-a qarşı məhkəmə iddiası qaldırıblar.

"Media News Group" və "Tribune Publishing" media təşkilatlarının baş redaktoru Frank Pine tərəfindən edilən yazılı açıqlamada, “Biz nəşrlərimizdə məlumat toplamaq və xəbərlər hazırlamaq üçün milyardlarla dollar xərcləmişik. OpenAI və Microsoft-un işimizi oğurlamasına və böyük texnoloji şirkətlərin bizim vəsaitimiz hesabına öz bizneslərini qurmaq maraqlarını genişləndirməsinə icazə verə bilmərik”, - deyib.