“Ukrainska Pravda”: Ukrayna Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası ilə bağlı razılaşmaları alqışlayır
Siyasət

“Ukrainska Pravda”: Ukrayna Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası ilə bağlı razılaşmaları alqışlayır

Aprelin 30-da Ukrayna Xarici İşlər Nazirliyi Azərbaycan və Ermənistan arasında 1991-ci il Alma-Ata protokolu əsasında dövlətlərarası sərhədin delimitasiyası haqqında qəbul etdikləri sazişi alqışlayıb.

Bu barədə Ukrainska Pravda xəbər saytı məlumat yayıb. Ukrayna rəsmilər vurğulayıb ki, Azərbaycan və Ermənistan arasında sərhədin suverenlik və ərazi bütövlüyünə hörmət əsasında delimitasiyası “ölkələr arasında münasibətlərin normallaşdırılması, regionda sabitlik və təhlükəsizliyin təmin edilməsi üçün zəruri şərtdir”.

Hakimiyyət sazişlərin “uğurlu praktiki icrasına” ümid etdiyini bildirib və əmin edib ki, Ukrayna Cənubi Qafqazda sülh və sabitlikdə maraqlıdır.

Röya RÜSTƏMLİ,

“Respublika”.