Şərqlə Qərb arasında etibarlı körpü
Digər xəbərlər

Şərqlə Qərb arasında etibarlı körpü

Gürcüstan regionda Azərbaycanın ən yaxın tərəfdaşlarından biridir. SSRİ dağılandan sonra hər iki ölkədə baş verən proseslər, daxili xarici vəziyyətin oxşarlığı, geosiyasi maraqların üst-üstə düşməsi digər amillər iki ölkə arasında əməkdaşlıq əlaqələrinin yaranmasına gətirib çıxarıb. Ölkələrarası diplomatik münasibətlər qurulandan sonra istər regional, istərsə qlobal məsələlərdə bu iki dövlət həmişə eyni mövqedən çıxış edib. Diplomatik əlaqələrin 1992-ci il noyabrın 18- yaranmasına baxmayaraq, ikitərəfli münasibətlər ümummilli lider Heydər Əliyevin 1996- ildə Tbilisiyə rəsmi səfərindən sonra daha da inkişaf etməyə başlayıb.

Səfər zamanı tərəflər "Dostluq, əməkdaşlıq qarşılıqlı təhlükəsizlik" "Qafqaz regionunda sülh, təhlükəsizlik əməkdaşlıq" haqqında bəyannamələr imzalayıblar. 1997-ci ilin fevralında Gürcüstan Prezidenti Eduard Şevardnadzenin Bakıya səfəri zamanı isə iki ölkə arasında strateji əməkdaşlığın inkişafına dair yeni bir sənədə imza atılıb. Müqavilə iqtisadi, ekoloji, təhsil, rabitə digər sahələr üzrə əməkdaşlığı əhatə edir.

Hər iki ölkənin həyatında tarixi əhəmiyyət kəsb edən Bakı-Tbilisi-Ceyhan neft ixrac kəmərinin tikintisi ölkələrimizi daha da yaxınlaşdırıb. 2005-ci il mayın 24-25- Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin Azərbaycan, oktyabrın 12- isə Gürcüstan hissəsinin istifadəyə verilməsi mərasimi keçirilib. Hər iki ölkənin dövlət başçıları, habelə Türkiyə Prezidenti mərasimdə iştirak ediblər.

Aprelin 7- Qəbələ rayonunda Prezident İlham Əliyev ölkəmizə işgüzar səfərə gələn Gürcüstanın Baş naziri İrakli Qaribaşvili mətbuata birgə bəyanatla çıxış ediblər. Gürcüstan Respublikasının Baş nazirini salamlayan cənab Prezident İlham Əliyev Azərbaycan-Gürcüstan münasibətlərini yüksək qiymətləndirərək demişdir: "Gürcüstan ilə Azərbaycan uzun illər bir-biri ilə sıx əlaqədədir, biz dostuq, müttəfiqik, xalqlarımızı qardaşlıq əlaqələri bağlayır. Müzakirə olunan bütün məsələlər bir məqsədi güdür ki, ikitərəfli əməkdaşlığı dərinləşdirək xalqlarımızın gələcəyi üçün lazım olan bütün addımları ataq".

Avropanın enerji təhlükəsizliyində hər iki ölkənin mühüm rol oynadığını qeyd edən ölkə başçımız bu sahədə görülən işlərin həm Azərbaycan Gürcüstanın iqtisadi cəhətdən inkişafına əlaqələrin daha da möhkəmlənməsinə xidmət etdiyini vurğulayaraq bildirmişdir ki, aramızda olan dostluq əlaqələri bu sahədə əməkdaşlıq Avropanın enerji təhlükəsizliyi üçün böyük töhfədir. Azərbaycan təbii qazının Avropa istiqamətinə ixracı ildən-ilə artmaqdadır. Bütövlükdə bu il Azərbaycan dünya bazarlarına 24,5 milyard kubmetr qaz ixrac edəcək. "Keçən il Avropa İttifaqı ilə imzalanmış Anlaşma Memorandumuna əsasən, biz 2027-ci ilə qədər təkcə Avropa məkanına 20 milyard kubmetr qazın nəqlini təmin etməliyik əminəm ki, biz bu rəqəmə çatacağıq. İndiki geosiyasi vəziyyəti nəzərə alaraq, əlbəttə ki, enerji təhlükəsizliyi məsələləri bütün ölkələr üçün ön plana çıxır. Uzun illərdir ki, Azərbaycan şirkəti SOCAR Gürcüstanda uğurla fəaliyyət göstərir. Dünən mənə verilən məlumata görə, SOCAR Gürcüstanda 11 min kilometr uzunluğunda qaz xətləri çəkmişdir beləliklə, 830 mindən çox abonenti təbii qazla təmin edir", - deyə ölkə başçısı qeyd edib.

Azərbaycan Gürcüstan gələcəkdə energetika sahəsində əməkdaşlığı davam etdirəcəkdir. Azərbaycan, Gürcüstan, Macarıstan Rumıniyanın yaşıl enerji layihəsinə dair imzaladıqları Sazişdə nəzərdə tutulmuş layihənin uğurla həyata keçirilməsi həm dörd ölkənin birgə fəaliyyəti hesabına mümkün olacaqdır. İkitərəfli əlaqələrimizin önəmli hissəsinin nəqliyyatla bağlı olduğunu deyən ölkə başçısı bu sahədə qazanılmış uğurlardan məmnunluğunu əlavə etmişdir.

Bu gün inamla demək olar ki, Azərbaycan Gürcüstanın dövlət başçılarının qarşılıqlı səfərləri, münasibətlərin yüksələn xətlə inkişafı iki qonşu ölkənin nəinki Cənubi Qafqazın müasir simasını yaratmasına, həm Şərqlə Qərb arasında etibarlı "körpü" çevrilməsinə imkan yaradan əsas amillərdəndir.

Natiq QULUZADƏ,

YAP Zəngilan rayon təşkilatının sədri.