Muxtar Babayev: Təmiz ətraf mühit və
Gündəm

Muxtar Babayev: Təmiz ətraf mühit və "yaşıl artım" ölkəsi olmaq prioritetlər sırasındadır

Azərbaycan hazırda dünyanın prioritet kimi qəbul etdiyi “yaşıl keçid”in əsas iştirakçılarından biridir. Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi” kimi müəyyən edilib.

"Respublika" xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev VI Ümumdünya Forumu çərçivəsində “Yaşıl gələcəyə davamlı yol: COP29 və sonrakı dövr üçün birgə fəaliyyət” mövzusunda keçirilən iclasda deyib.