Bahar Muradova: Qadın hüquqları, ayrı-seçkiliyin aradan qaldırılması ilə bağlı məsələ bütün forumların əsas mövzusuna çevrilməlidir
Gündəm

Bahar Muradova: Qadın hüquqları, ayrı-seçkiliyin aradan qaldırılması ilə bağlı məsələ bütün forumların əsas mövzusuna çevrilməlidir

Son illər dünyanın siması dəyişib. İndi sülh və təhlükəsizlik məsələsi bütün platformalarda vacib mövzuya çevrilib. Dünyanın bu gün sülh və təhlükəsizliyinin təmin olunmasına çox böyük ehtiyacı var. Mədəniyyətlərarası toqquşmanın daha da dərinləşməməsi üçün biz təcili olaraq hərəkətə keçməliyik.

"Respublika" xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova "Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun “Mədəniyyətlərarası dialoqlarda qadın hüquqlarınım təşviqi; qlobal inkişafa doğru" adlı sessiyada çıxış edərkən deyib.

Komitə sədri bildirib: “Biz Ermənistanla sülh sazişi bağlamaq istəklərimizi Forum vasitəsilə dünyaya bəyan etmək istəyirik. Biz, eyni zamanda, müxtəlifliyin harmoniyasından istifadə edərək dünyamızı birliyə səsləyəcəyik. Hesab edirəm ki, qadın hüquqları, ayrı-seçkiliyin aradan qaldırılması ilə bağlı məsələlər bütün forumların başlıca mövzusuna çevrilməlidir. Bu gün Azərbaycanda vətəndaş cəmiyyətlərində qadınların iştirakı çoxalır. Bu, Azərbaycanın demokratik ənənələrindən irəli gəlir”.