2 may ​​​​​​​

Dünyada olan hadisələr

1509 – İndi Puerto-Rikonun paytaxtı olan San-Xuan şəhərinin ispanlar tərəfindən əsası qoyulub.

1519 – Avropa İntibah dövründə yaşamış ensiklopedik alim, riyaziyyatçı, mühəndis, ixtiraçı, rəssam, heykəltəraş, memar, musiqiçi və yazıçı. İtaliya İntibahının rəmzi sayılan "Universal insan" (ing. Homo Universale) tipinin ən parlaq nümayəndəsi. İkinci minilliyin adamı seçilmiş Leonardo da Vinçi 67 yaşında vəfat edib (d. 1452).

1668 – Fransa və İspaniya arasında Birinci Aaxen sülhü bağlanıb.

1808 – Dos de Mayo üsyanı: Madrid əhalisi şəhərlərini işğal edən Fransız ordusuna qarşı üsyana başlayıb.

1843 – İlk alman immiqrantları Çilidəki Puerto Hambre limanına gəlib. Onlar xüsusi olaraq Llanquihue gölünün ətrafında məskunlaşıblar.

1848 – Lvovda Ukraynanın ilk siyasi təşkilatı – Baş Rada yaradılıb.

1879 – İspaniya Sosialist Fəhlə Partiyası yaradılıb.

1885 – Anadolunun ilk liseyi olan Kastamonu Abdurrahmanpaşa Liseyinin təməli atılıb.

1919 – ABŞ-da ilk sərnişin aviaşirkəti açılıb. Merkuri Hava Xidməti Junkers-Larsen JL-6 təyyarəsi ilə Los-Ancelesdən San-Dieqoya və Katalina adasına uçub.

1923 – İlk fasiləsiz transkontinental uçuşu hərbi pilotlar Oakli Q.Kelli və Con Makredi Fokker T2 təyyarəsində Nyu-Yorkdan San-Dieqoya 4100 kilometr uzunluğunda olan yolu 26 saat 50 dəqiqəyə həyata keçiriblər.

1926 – Atlantik okeanının iki sahili arasında ilk faks mesajı göndərilib.

1930 – 1932-ci ilin ilk günündə istifadəyə verilən Qorki Avtomobil Zavodunun təməlqoyma mərasimi olub.

1933 – Almaniyada bütün həmkarlar ittifaqları qadağan edilib. Onların rəhbərliyi həbs edilib. Alman Əmək Cəbhəsi yaradılıb.

1935 – SSRİ və Fransa qarşılıqlı yardım haqqında müqavilə imzalayıblar.

1941 – İkinci Dünya Müharibəsi zamanı Böyük Britaniya silahlı qüvvələrinin İraq qoşunlarına qarşı strateji hərbi əməliyyatı başlayıb.

1945 – Müdafiə komandiri Helmut Weidling Berlinin kapitulyasiyası əmrini imzalayıb.

1945 – İtaliya vətəndaş müharibəsi sona çatıb.

1952 – Sərnişin aviasiyasında yeni dövrün başlanğıcı. Göyərtəsində 36 sərnişinin olan Comet təyyarəsi Londondan Yohannesburqa ilk uçuşunu həyata keçirib.

1955 – Hindistan Parlamenti kastaya görə ayrı-seçkiliyi qadağan edən qanun qəbul edib.

1957 – Cənubi Afrikada Britaniya himni dövlət himni kimi ləğv edilib. Britaniya bayrağı da artıq Cənubi Afrika İttifaqının bayrağı olmaqdan çıxarılıb.

1980 – Papa II İohann Pavelin Zairin paytaxtı Kinşasa səfəri ilə Vatikan tarixində papanın Afrikaya ilk səfəri başlayıb.

1982 – Folklend Müharibəsi: İngilis nüvə sualtı qayığı Argentinanın General Belgrano kreyserini batırıb. Batan gəmidə 323 nəfər ölüb.

1989 – Macarıstan qoşunları Avstriya ilə sərhəddə 218 kilometrlik tikanlı məftil hasarını sökməyə başlayıb.

1995 – Bosniya serbləri Xorvatiyanın paytaxtı Zaqrebə raket hücumu edib.

1997 – Tony Blair Britaniyanın baş naziri olub.

1998 – Avropa Birliyinin pul siyasətini idarə etmək üçün Brüsseldə Avropa Mərkəzi Bankı yaradılıb.

1999 – Comolunqmada ingilis alpinist Corc Mallorinin cəsədi tapılıb. Alpinist ortağı Endryu İrvin ilə birlikdə 1924-cü ildə çovğundan sonra yoxa çıxmışdı. Mallorinin cəsədinin tapıldığı yer onların zirvəni fəth etdiklərini sübut edir.

2004 – İki saat ərzində Atlanta hava limanının işi kompüter nasazlığı səbəbindən iflic olub. Nəticədə Delta Air Lines-in bəzi reysləri ləğv edilib.

2005 – Honduras prezidenti Rikardo Maduronun (Ricardo Rodolfo Maduro Joest) təyyarəsi qəzaya uğrayıb. Prezident xəsarət almayıb.

2011 – ABŞ kəşfiyyat orqanları 1 nömrəli terrorçu Üsamə bin Ladeni məhv etdiyini elan edib.

2014 – Odessa Həmkarlar İttifaqları Evində baş vermiş yanğın zamanı 50-yə yaxın insan həyatını itirib, 250-yə yaxın insan xəsarət alıb.


Bayramlar və xüsusi günlər

  • İranda Müəllimlər Günü.
  • Polşanın Bayraq Günü.

Doğumlar

1660 – Alessandro Scarlatti, Barokko dövrünün italyan bəstəkarı, Neapolitan opera məktəbinin banisi (ö. 1725).

1695 – Giovanni Niccolò Servandoni, italyan memar, teatr rəssamı, rəssam (ö. 1766).

1729 – II Yekaterina, Rusiya İmperatoru (1762-1796) (ö. 1796).

1802 – Henrix Qustav Maqnus, alman fiziki və kimyaçısı (ö. 1870).

1834 – Vilhelm Mauzer, alman konstruktor və atıcı silah istehsalçısı (ö. 1882).

1860 – Teodor Herzl, avstriyalı yəhudi jurnalist və siyasətçi, siyasi sionizmin banisi (ö. 1904).

1868 – Robert Uilyams Vud, amerikalı optik fizik, ultrabənövşəyi fotoqrafiyanın banisi (ö. 1955).

1912 – Kulyaş Baiseitova, qazax opera müğənnisi, dramatik aktrisa, SSRİ xalq artisti (ö. 1957).

1912 – Axel Springer, alman jurnalisti, Avropanın ən böyük nəşriyyat konserninin yaradıcısı (ö. 1985).

1920 – Ətayə Əliyeva, Azərbaycan teatr və kino aktrisası, Azərbaycan SSR əməkdar artisti (1964) (ö. 1995).

1960 – George İvanov, Şimali Makedoniyanın dövlət və siyasət xadimi, ölkə prezidenti (2009-2019).

1975 – Devid Bekhem, ingilis futbolçu.

1980 – Brad Richards, Kanadalı peşəkar xokkey oyunçusu, ikiqat Stenli Kubokunun qalibi.

1983 – Tina Maze, sloveniyalı dağ xizəkçisi, ikiqat Olimpiya çempionu (2014), 4 qat dünya çempionu.

1990 – Françesko Fridrix, alman bobsledderi, ikiqat olimpiya çempionu, dəfələrlə dünya çempionu.

2015 – Kembric şahzadəsi Şarlotta, Şahzadə Uilyamın ikinci övladı, Britaniya kraliçası II Yelizavetanın nəvəsi.