Növbəti
Sosial həyat

Növbəti "YAŞAT" idman düşərgəsinə start verilib

Tovuz şəhərində növbəti "YAŞAT" idman düşərgəsinə start verilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumatda bildirilir ki, aprelin 2-dək davam edəcək düşərgə "YAŞAT" Fondunun təşkilatçılığı, "TuranBank"ın baş sponsorluğu, "ASAN Könüllüləri" Təşkilatının Tovuz Rayon İcra Hakimiyyətinin dəstəyi ilə reallaşdırılır. Layihənin media dəstəkçisi isə ASAN Radiodur.

Açılış mərasimində "YAŞAT" Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov, Tovuz Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rəşad Zeynalov, "TuranBank"ın İdarə Heyətinin sədri Fəzail Musayev digər qonaqlar iştirak ediblər.

Düşərgə şəhidlərimizin Qazax-Tovuz regionunda yaşayan 6-12 yaş aralığındakı övladlarından ibarət 26 iştirakçını əhatə edəcək. Məqsəd sözügedən region gənclərinin fiziki sağlamlıqlarının idmana olan maraqlarının artırılması, yeni bilik bacarıqlar əldə etmələrinə dəstək olmaq, eyni zamanda onların asudə vaxtlarının səmərəli təşkilidir.

İlk gündə açılış mərasiminin ardından iştirakçılar üçün stolüstü idman yarışları, "Turan Tovuz" futbol klubu ilə tanışlıq əyləncə saatı təşkil olunub.

Ümumilikdə 4 gün ərzində müxtəlif yarışlar, tanınmış idmançılarla görüşlər, ustad dərsləri, ekskursiyalar əyləncə saatları təşkil olunacaq. Həmçinin iştirakçılara xatirə hədiyyələri təqdim olunacaq.

Qeyd edək ki, "YAŞAT" Fondu tərəfindən müvafiq kateqoriyadan olan şəxslərin təhsil almasına, habelə əlavə təhsilinə, peşə hazırlığının artırılmasına, eləcə yaradıcı potensialının inkişafına kömək edilməsi məqsədilə mütəmadi olaraq müxtəlif layihələr həyata keçirilir.

Ü.QARAYEV,

Respublika”.