Mina hadisələrinin 51 faizi azad edilmiş ərazilərə qanunsuz daxil olma zamanı baş verib
Digər xəbərlər

Mina hadisələrinin 51 faizi azad edilmiş ərazilərə qanunsuz daxil olma zamanı baş verib

Statistik təhlil göstərir ki, mina hadisələrinin 51 faizi azad edilmiş ərazilərə qanunsuz daxil olma, 26 faizi təmizlənmiş ərazidən kənara çıxma halları zamanı baş verib.

 Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) AZƏRTAC-a bildiriblər ki, ərazilər azad edildikdən sonra mülki şəxslər arasında 73 nəfər mina hadisələrinin qurbanı olub. Onlardan 24 nəfəri həlak olub, 49 nəfəri isə xəsarət alıb.

AZƏRTAC