Litva Sənayeçilər Konfederasiyası ilə görüşdə KOB subyektləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edilib
İQTİSADİYYAT

Litva Sənayeçilər Konfederasiyası ilə görüşdə KOB subyektləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edilib

Litva-Azərbaycan biznes forumu çərçivəsində təşkil olunmuş Litva Sənayeçilər Konfederasiyası ilə görüşdə KOB subyektləri arasında əməkdaşlığın genişləndirilməsi, KOB-ların iştirakı ilə birgə tədbirlərin təşkili müzakirə edilib.

Vilnüsdə keçirilən Litva-Azərbaycan biznes forumu çərçivəsində Kiçik Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Litva Sənayeçilər Konfederasiyasının prezidenti Vidmantas Janulevicius ilə görüşüb.

KOBİA-dan AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev, Azərbaycanın İxracın İnvestisiyaların Təşviqi  Agentliyinin - AZPROMO-nun rəhbəri Yusif Abdullayev, Litvanın İnnovasiyalar Agentliyinin "LitFood"un nümayəndələri iştirak ediblər. Tərəflər hər iki ölkənin KOB subyektləri arasında əməkdaşlığın genişləndirilməsi sahəsində birgə təşəbbüslər, KOB-ların iştirakı ilə tədbirlərin təşkili qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparıblar.