Azərbaycan böyük qaz ixracatçısına çevrilib
İQTİSADİYYAT

Azərbaycan böyük qaz ixracatçısına çevrilib

Regionda lider dövlətə çevrilən Azərbaycan dünyanın önəmli enerji ixracatçısıdır. Ölkəmiz özünün zəngin enerji ehtiyatlarından səmərəli istifadə etməklə beynəlxalq miqyasda enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayan başlıca aktorlardan birinə çevrilmişdir. Qlobal xarakterli transmilli layihələrin mərkəzi kimi çıxış edən Azərbaycanın iştirakı olmadan regionda heç bir layihənin gerçəkləşdirilməməsi buna əyani sübutdur. Bununla yanaşı, Azərbaycanın enerji siyasəti regionda təhlükəsizliyin möhkəmlənməsinin dəstəkləyicisi təminatçısıdır. Xarici investisiya qoyuluşunun artması, enerji resurslarının, karbohidrogen ehtiyatlarının əlverişli təhlükəsiz marşrutlarla daşınması beynəlxalq çərçivədə əməkdaşlığın səmərəli nəticələridir. Təsadüfi deyil ki, bu gün dünyanın aparıcı dövlətləri təşkilatları Azərbaycanı Cənubi Qafqazın təhlükəsizlik qarantı inkişaf mənbəyi adlandırırlar. Beləliklə, dünya dövlətləri ölkəmizin Cənubi Qafqaz regionunda enerji təhlükəsizliyi sahəsində əvəzolunmaz tərəfdaş kimi böyük dəyərə malik olduğunu qəbul edirlər.

Şübhəsiz ki, regionda bu günə qədər həyata keçirilən əməkdaşlığa təkan verən layihələrdə Azərbaycanın siyasi iradəsi qətiyyəti mühüm rol oynamışdır. Digər tərəfdən, ölkəmiz enerji ehtiyatlarının ixracında çoxvariantlı nəqletmə sisteminə - diversifikasiya edilmiş təchizata üstünlük verir.

Mənfur düşmənlərimizi belə regional əməkdaşlığa çağıran, lakin müsbət cavab almayan Azərbaycan dünyanın bir çox dövlətləri ilə qarşılıqlı əməkdaşlıq əlaqələri qurub. Ölkəmiz həm sabit etibarlı imici ilə dünyada diqqəti öz üzərinə çəkir. Buna görə ekspertlərin "Azərbaycan enerji təhlükəsizliyi məsələsində Avropanın ən yaxşı tərəfdaşıdır" qənaəti hər kəs tərəfindən qəbul edilən amildir. Bu, enerji sahəsində Azərbaycanın tərəfdaşlarının gələcəyə hesablanmış təminatıdır. Bu baxımdan, "Əsrin müqaviləsi"nin imzalanması bunun timsalında müxtəlif enerji layihələrinin reallaşdırılması göstərir ki, Azərbaycan hələ uzun illər enerji təminatçısı kimi cəlbedici olaraq qalacaqdır.

Rusiya-Ukrayna müharibəsinin fonunda Avropanın üzləşdiyi enerji problemi Azərbaycan tərəfindən qarşılanmaqdadır. Xüsusən müxtəlif kanallar vasitəsilə Avropanın qazlaşdırılması prosesi ölkə iqtisadiyyatında önəmli rol oynayır. Trans-Anadolu Boru Kəməri (TANAP) Azərbaycan qazını Gürcüstan vasitəsilə Türkiyə-Yunanıstan sərhədinə kimi çatdırır. Bu kəmərin uzunluğu 1850 km, ilkin ötürmə gücü il ərzində 16,2 milyard kubmetrdir. Trans-Adriatik Boru Kəməri (TAP) isə Azərbaycan qazını Türkiyə-Yunanıstan sərhədindən Yunanıstan, Albaniya Adriatik dənizindən keçməklə İtaliyaya çatdırır. Bu kəmərin uzunluğu 878 km, ilkin ötürmə gücü il ərzində 10 milyard kubmetrdir. Yəni Avropanın bilavasitə qazlaşdırılması bu prinsip əsasında gerçəkləşdirilir. 31 dekabr 2020-ci ildə Azərbaycan təbii qazının tam şəkildə Avropa bazarlarına çatdırılması uğurlu tərəfdaşlıqların əsasını qoymuş oldu. Qeyd edək ki, hər iki layihənin ümumi dəyəri 12 milyard dollar təşkil edir. Dünyanı bürüyən iqtisadi-siyasi böhranın davam etməsinə rəğmən, Azərbaycan cənab İlham Əliyevin uğurlu iqtisadi siyasətinin sayəsində TAP, TANAP digər qlobal layihələrin reallaşması üçün lazım olan bütün addımları atır.

Azərbaycan 2021-ci ildə 19 milyard kubmetr, 2022-ci ildə 22,6 milyard kubmetr təbii qaz ixrac edərək regional əhəmiyyətini statistik göstəricilərlə təsdiqləmiş olur. Qeyd etmək lazımdır ki, bu il Azərbaycanın 24,5 milyard kubmetrdən çox qaz ixrac edəcəyi proqnozlaşdırılır.

Azərbaycanla Avropa İttifaqı arasında iqtisadi əlaqələr yeni dünya düzəninin formalaşdığı bir vaxtda olduqca önəmlidir. Ölkəmizlə qurumda təmsil olunan dövlətlər arasında bu günədək imzalanan strateji tərəfdaşlıq haqqında sazişlərdə iqtisadi sahədə ikitərəfli əlaqələrin genişləndirilməsini özündə ehtiva edən maddələrin yer alması bu aspektdən reallaşmış reallaşacaq lahiyələrin əhəmiyyətini göstərir. Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır. -nin Cənubi Qafqazda ümumi ticarət dövriyyəsində Azərbaycan üstün mövqeyə malikdir. Bütövlükdə, ölkəmizin ixrac partnyorları arasında -nin üzvü olan İtaliya 48 faiz payla birinci sırada gəlir. Eyni zamanda, Avropa İttifaqının Cənubi Qafqazda ticarət dövriyyəsinin üçdəikisi Azərbaycanın payına düşür. Prezident İlham Əliyev Sofiyada "Bulgartransgaz" (Bolqarıstan), "Transgaz" (Rumıniya), FGSZ (Macarıstan), "Eustream" (Slovakiya) Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumunun imzalanması mərasimindəki çıxışında ölkəmizlə arasında əməkdaşlığın yüksək səviyyəsindən məmnunluğunu ifadə edərək vurğulayıb: "Sizə məlumat vermək istəyirəm ki, Avropa İttifaqının 9 üzv dövləti ilə Azərbaycan "Strateji Tərəfdaşlıq haqqında" Bəyannamə ya Sazişlərə imza atıb qəbul edib. Bu o deməkdir ki, Avropa İttifaqına üzv dövlətlərin üçdəbiri Azərbaycanın strateji tərəfdaşıdır bu tərəfdaşlığın çox güclü gələcəyi var". Azərbaycan Prezidentinin aprelin 25- Bolqarıstana baş tutan səfəri çərçivəsində aparılan müzakirələr bir daha təsdiqlədi ki, respublikamızla arasında getdikcə genişlənən tərəfdaşlıq münasibətlərində enerji dialoqu prioritet təşkil edir. Qoca qitənin enerji təhlükəsizliyinə ciddi təhdidlər yaranan bir dövrdə Azərbaycan kimi etibarlı tərəfdaş dünya miqyasında olduqca azdır. Azərbaycan dövlətinin "Əsrin müqaviləsi"ndən sonra qlobal səviyyədə şirkətlərlə imzaladığı ikinci böyük kontrakt "Şahdəniz" qaz yatağı layihəsidir. Xatırladaq ki, bu kontrakt 1996- il iyulun əvvəlində Xəzər Neft-Qaz Sərgisinin keçirildiyi gündə imzalanıb.

Bütövlükdə Azərbaycanın təsdiq edilmiş mavi yanacaq ehtiyatlarının həcmi 2,6 trilyon kubmetrə bərabərdir. Mütəxəssislər isə respublikamızın qaz ehtiyatlarının daha çox olduğu barədə proqnozlar verirlər. Hazırda Azərbaycan qazı Gürcüstana, Türkiyəyə, Yunanıstana, Bolqarıstana İtaliyaya ixrac edilir. Cari ildən bu siyahıya Rumıniya da əlavə olunub. Əgər bütün lazımi interkonnektorlar olarsa, 2023- ilin sonundan etibarən ölkəmiz Macarıstana Slovakiyaya da qaz təchizatına start verə bilər. "Biz yerli qazpaylayıcı sistemin qurulması məqsədilə Albaniya ilə danışıqlar prosesindəyik. Çünki Cənub Qaz Dəhlizi Albaniyanın ərazisindən keçir. Eyni zamanda, Slovakiya "Həmrəylik Halqası"nın üzvü kimi əminəm ki, yaxın vaxtlarda enerji sahəsində bizim tərəfdaşımıza çevriləcək. Biz qaz təchizatımızın coğrafiyasını 6 ölkədən, ən azı 10 ölkəyə qədər genişləndirəcəyik. Mən "ən azı" ona görə deyirəm ki, fikrimcə, bu, planların sonu deyil. Biz Avropanın qaz bazarında fəaliyyətimizi daha da genişləndirməyi planlaşdırırıq", - deyə dövlətimizin başçısı vurğulamışdır. Həmçinin Şuşada Prezident İlham Əliyev xalqa müraciəti zamanı vurğulamışdır ki, Heydər Əliyevin neft strategiyası bu gün Azərbaycanın uğurlu inkişafına şərait yaradır. Məhz Qarabağı, Zəngəzuru yenidən qurmaq üçün əldə edilən iqtisadi güc potensialı bu mənbələrlə dəstəklənir. Bununla yanaşı, 1994- ildə "Əsrin kontraktı", 1996- ildə "Şahdəniz" qaz-kondensat yatağı üzrə imzalanmış kontraktın ölkəmizin iqtisadi gücünü şərtləndirən əsas amil olmasını bildirən ölkə başçımız Azərbaycan qazının qədər böyük önəm daşıdığını bildirmişdir.

Nurlan ABDALOV,

"Respublika".