Sahibkarların elektrik şəbəkəsinə qoşulma prosedurları asanlaşdırılıb
İQTİSADİYYAT

Sahibkarların elektrik şəbəkəsinə qoşulma prosedurları asanlaşdırılıb

Müasir çağırışlara adekvat olaraq elektrik şəbəkəsinə qoşulmanın asanlaşdırılması məqsədilə qanunvericiliyin daha da təkmilləşdirilməsi sahibkarlara göstərilən xidmətlərin rəqəmsallaşdırılması daim diqqət mərkəzində saxlanılmaqdadır.

 Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq tapşırıqlarına əsasən "Azərişıq" ASC tərəfindən görülən işlər çərçivəsində elektrikə qoşulmanın daha rahat əlçatan olması məqsədilə 2019-cu ildən e-sistem tətbiq olunur. Bu sistemin əsas məqsədlərindən biri vahid platforma üzərindən müraciətlərin idarə olunmasıoperativliyin səmərəliliyin artırılması şəffaflığın təmin edilməsidir. Bu sistem Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Vergi Xidməti digər qurumlarla inteqrasiya olunduğu üçün sahibkarın elektrikə qoşulma ilə bağlı sənədlər toplusunu təqdim etməsinə ehtiyac qalmır.

 Qeyd etmək lazımdır ki, elektron müraciət sistemi İqtisadi Əməkdaşlıq İnkişaf Təşkilatı (OECD) tərəfindən innovativ layihə kimi qiymətləndirilib. Bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi nəticəsində elektrik şəbəkəsinə qoşulma üzrə prosedurların sayı 7-dən 2-, müddəti isə 41 gündən 20 günə endirilib.

Davamlı olaraq e-sistemin daha da təkmilləşdirilməsi funksional imkanlarının genişləndirilməsi, onlayn qaydada E-GOV (elektron hökumət portalı), e-service.azerishiq.az saytından obyektinin enerji təchizatı şəbəkəsinə qoşulması ilə bağlı müraciətetmə imkanlarının yaradılması nəticəsində elektron müraciət edənlərin sayında əhəmiyyətli artım müşahidə olunub.

Belə ki, cari ilin mart ayı ərzində "qeyri-əhali abonentinin enerji təchizatı şəbəkəsinə qoşulması" xidməti üzrə elektron müraciətlərin sayı 53.6%-ə çatıb. Ümumilikdə, 2023- ilin 1-ci rübündə onlayn müraciət edənlərin sayı ötən illə müqayisədə 5 dəfə artıb.

"Respublika".