Forrest Mikael: Pandemiya dövründə də Yeni Kaledoniya Fransanın müstəmləkəçi siyasətinə məruz qaldı
Siyasət

Forrest Mikael: Pandemiya dövründə də Yeni Kaledoniya Fransanın müstəmləkəçi siyasətinə məruz qaldı

Qoşulmama Hərəkatının Zirvə görüşündə iştirakın yaratdığı fürsətdən istifadə edərək Fransanın müstəmləkəçi mövqeyini qınadığımı bəyan edirəm. COVID-19 pandemiyasına baxmayaraq, 2021-ci ilin dekabrında Yeni Kaledoniya Fransanın təzyiqi ilə adada üçüncü referendumun keçirilməsinə məcbur oldu. Müstəmləkəsizləşdirmə komitəsinin fəaliyyətinin bir hissəsi olaraq biz burada yaşayan əhalinin tam suverenliyini bərpa etmələri üçün dialoqa şərait yaratmalıyıq.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Bakıda keçirilən Zirvə görüşünün bağlanış mərasimində Yeni Kaledoniyanın müstəqillik uğrunda Kanak Sosialist Milli-Azadlıq Cəbhəsi müstəqil hərəkatının nümayəndəsi Forrest Mikael Jozept bildirib.

O bildirib: "Biz həll yolları tapmaq əhalimizin öz suverenliyini tam bərpa etmələri üçün dialoqun davamlı olmasını təmin etməliyik.

Bildiyiniz kimi, Sakit Okean regionu həm dünyanın böyük dövlətləri üçün geostrateji bölgədir. Ölkəmizin vəziyyəti haqqında dünya ölkələrini məlumatlandırmağa davam etmək baxımından Qoşulmama Hərəkatı bizim üçün vacib platformadır. Ümid edirik ki, gün gələcək Yeni Kaledoniya yenidən öz suverenliyinə müstəqilliyinə qovuşacaq".

Forrest Mikael Jozept, həmçinin Azərbaycanın Qoşulmama Hərəkatında uğurlu sədrliyini yüksək qiymətləndirdiklərini qeyd edib.