Qərbi Azərbaycan İcması ABŞ-ı köhnəlmiş narrativlərdən istifadə etməməyə çağırıb
Siyasət

Qərbi Azərbaycan İcması ABŞ-ı köhnəlmiş narrativlərdən istifadə etməməyə çağırıb

ABŞ-ın yalnız Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərinin hüquq və təhlükəsizliyindən, “blokada”dan danışıb Ermənistandan deportasiya edilmiş azərbaycanlıların hüquqlarına və qayıdışına toxunmaması ədalətsiz və qəbuledilməz yanaşmadır.

“Respublika” xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının ABŞ Dövlət Departamentinin mətbuat katibinin avqustun 31-də yaydığı bəyanatına cavabında bildirilib.

Qeyd olunub ki, bütün bunlar, eləcə də Qərbi Azərbaycan İcmasının Antoni Blinkenə ünvanladığı məktuba hələ də cavab verilməməsi rəsmi Vaşinqtonun məsələlərə ikili standartlar prizmasından yanaşdığını göstərir.

Qərbi Azərbaycan İcması, eyni zamanda, ABŞ-ı “bütün açıq qalan məsələlər” kimi artıq köhnəlmiş narrativlərdən istifadə etməməyə çağırıb.