Biləsuvar: Qəhrəmanların xatirəsinə yüksək ehtiram
Region

Biləsuvar: Qəhrəmanların xatirəsinə yüksək ehtiram

Biləsuvar Rayon İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Rayon Şöbəsinin birgə təşkilatçılığı ilə   Biləsuvar Rayon İcra Hakimiyyətində Vətən Müharibəsi şəhidlərinin və iştirakçılarının ailə üzvlərinə orden və medalların təqdimat  mərasimi  keçirildi.

Tədbirdə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, Milli Məclisin vitse-spikeri Fəzail İbrahimli,  rayon ictimaiyyətinin  nümayəndələri, şəhid və qazi ailələrinin üzvləri iştirak etdilər. Mərasim iştirakçıları Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş Vətən övladlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.

Dövtət Himni səsləndirildikdən sonra tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı  Faiq Qürbətov bildirdi ki, Ali Baş Komandan İlham Əliyevin diqqəti və qayğısı sayəsində Azərbaycan Ordusu nəinki  Cənubi Qafqazın, dünyanın ən peşəkar orduları sırasına yüksəlmişdir. Vətən Müharibəsində Azərbaycan Ordusunun peşəkarlığı dünyanın müxtəlif ölkələrinin hərbi ekspertləri tərəfindən yüksək qiymətləndirilmişdir. Sonra Orxan Əkbərov və Cavid Mahmudovun “Vətən Müharibəsi Qəhrəmanı”, Elçin Tağıyev və Məhəmməd Əmənovun “Qarabağ” ordeni  ailə üzvlərinə təqdim edildi. Şəhid ailələri və qazi ailələri onlara göstərilən diqqət və qayğıya görə Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə  minnətdarlıqlarını bildirdilər.

Ərəstun  ABDULOV,

“Respublika”.