Qax: Şəhidin məzarı ziyarət olunub
Region

Qax: Şəhidin məzarı ziyarət olunub

Düşmənin torpaqlarımıza hücum əməliyyatlarının qarşısının alınması zamanı canından keçən igid oğullarımızdan biri də Mollayev Abdulla Molla oğludur.

Abdulla Mollayev 2015-ci il dekabrın 6-da Tərtər rayonu istiqamətində gedən döyüş əməliyyatlarında şəhidlik zirvəsinə yüksəlmişdir. Anım mərasimində rayon rəhbərliyi, Yeni Azərbaycan Partiyası Qax rayon təşkilatının nümayəndələri, kənd ictimaiyyəti, məktəblilər şəhidin məzarını ziyarət etmiş, xatirəsini ehtiramla yad edərək ruhuna dualar oxumuşlar. A.Mollayev 1988-ci ildə Qax rayonunun Qaxbaş kəndində anadan olmuşdur. O, xidməti dövründə “Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi", "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi", "Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi" medalları ilə, ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilmişdir.

M.QULUYEV,

"Respublika".