“AZƏRBAYCAN SƏHİYYƏSİ VƏ  HEYDƏR ƏLİYEV” MÖVZUSUNDA TƏDBİR
Region

 “AZƏRBAYCAN SƏHİYYƏSİ VƏ  HEYDƏR ƏLİYEV” MÖVZUSUNDA TƏDBİR

2023-cü il “Heydər Əliyev İli” ilə bağlı Ağstafa RİH-in Tədbirlər Planına uyğun olaraq rayon Mədəniyyət Mərkəzində keçirilən tədbirdə müavinləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon səhiyyəsinin əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları Ağstafa şəhəri, Heydər Əliyev adına mədəniyyət və istirahət parkında Ulu Öndərin abidəsini ziyarət ediblər. Sonra Mədəniyyət Mərkəzinin foyesində əbədi yaşar Liderin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən kitab sərgisinə baxıblar.

Mərkəzin akt zalında davam etdirilən tədbirdə Dövlət Himnimiz səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin suverenliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Sonra Ulu Öndərin milli səhiyyənin inkişafı üçün misilsiz xidmətlərindən bəhs edən video çarx nümayiş etdirilib.

Tədbirdə çıxış edən Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqının və dövlətinin həyatındakı tarixi xilaskarlıq missiyasından, bütün fəaliyyəti boyu ölkəmizin çiçəklənməsi və qüdrətlənməsi yolunda gördüyü misilsiz xidmətlərindən danışıb.

 Digər natiqlər də mövzu ətrafında geniş məruzə ilə çıxış edib, Heydər Əliyevin ölkə səhiyyəsinin inkişafında misilsiz xidmətlərindən bəhs ediblər.

Vəli VƏLİYEV,

“Respublika”.