Baş nazir Əli Əsədov Cevdet Yılmazı Türkiyənin Vitse-prezidenti təyin olunması münasibətilə təbrik edib
Siyasət

Baş nazir Əli Əsədov Cevdet Yılmazı Türkiyənin Vitse-prezidenti təyin olunması münasibətilə təbrik edib

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Cevdet Yılmaza Türkiyə Respublikasının Vitse-prezidenti vəzifəsinə təyin edilməsi münasibətilə təbrik məktubu ünvanlayıb.

AZƏRTAC xəbər verir ki, məktubda Cevdet Yılmazın yüksək vəzifəyə təyinatı qardaş Türkiyənin Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın ona olan böyük inam etimadının aşkar təzahürü kimi qiymətləndirilib.

Vurğulanıb ki, son illər ərzində Türkiyə hərtərəfli inkişaf nümayiş etdirərək beynəlxalq aləmdə güc mərkəzinə çevrilib.

Məmnunluqla qeyd olunub ki, möhkəm təməllər üzərində qurulmuş Azərbaycan-Türkiyə əməkdaşlıq münasibətləri bu müddət ərzində prezidentlər İlham Əliyev Rəcəb Tayyib Ərdoğanın qətiyyətli səyləri ilə möhtəşəm yol keçərək sarsılmaz dostluq qardaşlıq, strateji tərəfdaşlıq müttəfiqlik səviyyəsinə yüksəlib.

Azərbaycan Türkiyənin birgə səyləri ilə həyata keçirilən nəhəng layihələrin iki ölkənin, eləcə regionun dünya miqyasında əhəmiyyətini artırdığı, bölgədə sülhə, əməkdaşlığa inkişafa xidmət etdiyi bildirilib.

"Bir millət, iki dövlət" şüarını rəhbər tutan Azərbaycan ilə Türkiyə arasında müttəfiqlik münasibətlərinin bundan sonra da uğurla inkişaf etməsi, eyni zamanda, İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiya çərçivəsində iki ölkənin əməkdaşlığının ticarət-iqtisadi, investisiya, enerji, nəqliyyat, humanitar bütün digər sahələrdə daha da genişləndirilməsi istiqamətində birgə səy göstərməyə hazırlıq ifadə olunub.